Yuxu saatının az olmasının təhlükəsi

Yuxu saatının az olmasının təhlükəsiAparılan yeni araşdırmalara əsasən, orta yaş dövründə yuxu saatının müntəzəm olaraq az olması qocalıq zamanı demans (zehni gerilik) riskinin artması ilə əlaqələndirilir. Fransa, Britaniya və Finlandiya alimləri Uaythall (Whitehall II) tədqiqatının əsasında 1985-1988-ci illərdə Britaniyada apardığı tədqiqatların məlumatlarını təhlil edib. Tədqiqatın əsas məqsədi yaşayış şərtlərini və sağlamlığa təsir göstərən digər sosial amilləri, ilk növbədə ürək-damar xəstəliklərinin inkişafını və ölüm nisbətini müəyyənləşdirmək olub.
Uaythall layihəsi çərçivəsində London Kral Kollecinin koordinasiyası ilə həyata keçən müayinə zamanı, üçdə ikisi kişi və üçdə biri qadın olan 35 ilə 55 yaş arasındakı 10.000-dən çox dövlət qulluqçusu arasında sorğu keçirilib. Tədqiqat iştirakçılarının müşahidə edilməsi hələ də davam edir. Analizin parametrlərindən biri orta yuxu müddəti idi. İştirakçılar bunu özləri müstəqil olaraq qiymətləndirir. Bəziləri isə daha dəqiq qiymətləndirmə üçün gecə yatarkən akselerometr cihazından istifadə edir. Müəlliflər yuxu müddətinin 50, 60 və 70 yaşlarında olan insanların üç qrupda demans inkişaf riski ilə necə əlaqəli olduğunu təhlil edib. Seçilmiş 7959 nəfər 25 il ərzində izlənilib. Bunların arasında hazırda 521 nəfərə demans diaqnozu qoyulub. Müəlliflər orta yaşda yuxu rejiminin yaxşılaşdırılmasının demansın qarşısını ala biləcəyini təyin etmək üçün gələcək araşdırmalar aparmağı planlaşdırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1184   Tarix: 27 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

hamiləlik yemek reseptleri geyim seçimi qripdən qorunmaq spermanin qadina faydasi kontrasepsiya və abort qadın müdafiəsi kosmetika nagillar qurd ve quzu rus dili 2ci ders novruz hakıştası sağlıq