Yuxuda nəfəsiniz kəsilir, səhər başınız ağrayırsa... - SƏBƏBİ

Yuxuda nəfəsiniz kəsilir, səhər başınız ağrayırsa... - SƏBƏBİ"Yuxuda olarkən nəfəsiniz kəsilirsə, səhər oyandıqda isə başınız ağrayırsa, bu, apnoe sindromudur. Obstruktiv Yuxu Apnoe Sindromu xroniki xorulduyan insanlarda müşahidə edilir".
Milli.Az xəbər verir ki, bunu Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov bildirib. Onun sözlərinə görə, buna səbəb tənəffüs yollarının udlaq səviyyəsində periodik bağlanmasıdır:
"Xəstəliyin əsas simptomu yuxuda vaxtaşırı tənəffüsün 30-40 saniyə ərzində tamamilə kəsilməsidir. Bir gecə ərzində bəzi pasientlərdə ümumi müddəti 3-4 saat, sayı 400-500-ə qədər tənəffüsün dayanması epizodları qeydə alınır. Təhlükəni aradan qaldırmaq və tənəffüs yollarını açmaq üçün orqanizm bütün imkanları səfərbər edərək və simpato-adrenal sistemini aktivləşdirərək vəziyyətdən çıxır. Ancaq SAS-nın aktivləşməsi ürək vurğuların sayını, arterial təzyiqi və qanın laxtalanmasını artırır. Bununla yanaşı pasientlərin 60-70 faizində yuxu zamanı oksigenin xroniki defisiti yaranır. Nəticədə, belə xəstələrdə miokard infarktının, beyin insultunun, ürək aritmiyalarının riski, hətta qəfil ölüm etimalı xeyli artır. Beynəlxalq tədqiqatlardan məlumdur ki, Yuxu Apnoe sindromunun ağır forması olan pasiyetlərdə ürək-damar xəstəlikləri ilə bağlı ölüm 8-10 dəfə artır. Yuxu Apnoe Sindromunun orta və ağır dərəcəli formalarının ən effektivli müalicə metodu CPAP terapiyadır (gecə yuxusu zamanı daimi müsbət təzyiqlə ağ ciyərlərin yardımçı ventilya üsulu). Xəstədə elə birinci gecə xorultu və tənəffüsün dayanma halları aradan qalxır, qanın oksigenlə təminatı normalizə olunur, yuxunun keyfiyyəti inanılmaz dərəcədə yaxşılaşır. Maksimal effektin alınması üçün müalicə mütamadi olaraq ev şəraitində davam etdirilməlidir.
Aşağıda göstərilən tədbirlərlə xorultunu azaltmaq mümkündür:
• Bədən çəkinizi azaltmağa çalışın;
• Yuxuya getməzdən 2 saat əvvəl spirtli içki qəbul etməyin, sigaret çəkməyin;
• Yuxuya getməzdən 3-4 saat əvvəl qida qəbul etməyin;
• Yataq otağında hipoallergen mühit yaradın: gülləri və xalçaları yığışdırın, evdə heyvan saxlamayın, müasir təbii və ya sintetik materiallardan hazırlanmış yastıq və yorğandan istifadə edin;
• Gündə 3 dəfə 1-2 saniyə ərzində dilinizi maksimal dərəcədə önə çəkin və bu hərəkəti 30-40 dəfə təkrarlayın". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 984   Tarix: 01 may 2021
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

qadın geyimi kosmetoloq kosmetika mehsullari şirin xəmir işləri baş gicəllənməsi xiyar tutmasi xəstəliklər kosmetika azerbaycan yumurta novruz hakışdaları gunay gözellik