Yuxuda xoruldayan insanlar təhlükədədir! Səbəb...

Yuxuda xoruldayan insanlar təhlükədədir! Səbəb...İnsanların əksər hissəsi yuxuda xoruldamanın təhlükəli olduğundan bixəbərdir.
Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Buna tibbdə "yuxunun obstruktiv apnoe sindromu" deyilir və bu ciddi xəstəlik sayılır. Yuxuda xoruldama bu xəstəliyin əsas simptomu sayılır.
Yuxu zamanı udlaq əzələləri ciddi zəifləyir, bunun nəticəsində nəfəs yolları tam qapana bilər ki bu, nəfəsalmanın dayanmasına səbəb olacaq. Nəfəsalma kəsildikdə beyin bu haqda məlumat alır və dərhal nəfəs yollarına impuls göndərir. Nəticədə nəfəsalma bərpa olunur. Gecə ərzində bu hal bir neçə dəfə təkrarlana bilər.
Nəfəsalmanın müvəqqəti dayanması insanın orqanizmi üçün izsiz keçmir. Bu zaman insan orqanizmi oksigenin çatışmazlığından (hipoksiya) əziyyət çəkməyə başlayır. Oksigenin çatışmazlığı ilk növbədə ürəyə və beyinə çox mənfi təsir edir. Bu orqanların fəaliyyəti üçün xüsusilə çox oksigen tələb olunur. Məhz bu səbəbdən belə insanları gecə saatlarında stenokardiya tutmaları narahat edir. Həmçinin bu insanlarda gecə saatlarında insult və infarkt kimi ağır pozulmalar inkişaf edə bilər.
Bundan əlavə nəfəsalmanın dayanması zamanı arterial təzyiq müvəqqəti kəskin qalxır. Əgər bu hal daim təkrarlanırsa, bu nəticədə insanda hipertoniyanın inkişafına səbəb ola bilər.
Yuxunun obstruktiv apnoe sindromu olan insan tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, özünü daim yorğun hiss edir, onlarda yaddaş və diqqət zəifləyir. Belə insanlardan belə şikayətlər eşitmək olur: "Elə bil gecə yatmamışam, yük daşımışam".
Yuxunun obstruktiv apnoe sindromu bədən çəkisinin "səbəbsiz" artmasına gətirib çıxarda bilər.
Kişilərdə apnoe potensiyanın və cinsi meylin zəiflənməsinə səbəb olur, hətta impotensiyanın inkişafına gətirib çıxarda bilər.
Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olur ki, yuxunun obstruktiv apnoe sindromu mütləq müalicə olunmalıdır. İlk növbədə bu sindroma səbəb olan amillər təyin olunmalıdır.
Yuxunun obstruktiv apnoe sindromu daha tez-tez hallarda bu kimi qrup insanlarda inkişaf edir:
- nəfəs yollarında pozulmaları (burun çəpərinin əyriliyi, burunda poliplər, böyümüş adenoidlər və badamçıqlar, damaq dilçiyin uzun olması və s.) olan insanlar;
- piylənmədən əziyyət çəkən insanlar,
- yaşlı insanlar.
Qalxanvari vəzinin funksiyanın zəifləməsi və həmçinin qadınlarda klimaks dövrü bu sindromun inkişafına təkan verə bilər. Xroniki yorğunluq, yuxunun az olması, siqaret çəkmək, yuxu dərmanların və sakitləşdirici preparatların qəbulu da sindromun inkişafına səbəb ola bilər.
Yuxuda daim xoruldayan insan mütləq terapevtin, LOR-həkimin və endokrinoloqun müayinsəindən keçməlidir.
Yuxunun obstruktiv apnoe sindromu olan insan yalnız böyürü üstə yatmalıdır (bel üstə yox!), onun yastığı hündür olmalıdır.
Bəzi hallarda həkim belə xəstəyə ağız və burun üçün olan xüsusi vasitələr tövsiyə edir. Bu vasitələr nəfəs yollarını genişləndirir və nəfəsalmanın dayanmasının qarşısını alır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2688   Tarix: 26 mart 2017
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

qis geyimləri 2026 adlarin menasi qadin dunyasi daban agrilari xiyar turşusunun hazırlanması xiyar tutması prostat kosmetika janrlar hakiwda statuslar şəkərbura sevda