Yuxularınız xəstəliklərdən xəbər verə bilər

Yuxularınız xəstəliklərdən xəbər verə bilərTibb təsdiq edir ki, insanda olan xəstəlikləri və onun yuxuları arasında əlaqə var.
Məsələ burasındadır ki, yuxu zamanı bizim beynimiz dincəlmir, beyin digər iş rejiminə keçir - daxili orqan və sistemlərin işini vəziyyətini yoxlayır, araşdırır. Nəticədə yuxu zamanı biz müəyyən obrazlar və hadisələr görə bilirik ki, onlar bizə orqanizmdə olan pozulmalardan xəbər verir.
Xəstəliklərə işarə edən yuxular qorxulu, həyacanlı, rəngarəng, parlaq olur, insanın yadında qalır. İnsanlar belə yuxuları tez-tez görür, eyni yuxular təkrarlanır. Buna mütləq fikir vermək və öz orqanizmində baş verənlərə daha diqqətli olmaq lazımdır.  Ola bilsin ki, sizdə artıq hər hansı xəstəliyin simptomları var, lakin siz bunu anlamırsınız.
Uzun illər ərzində yuxuları öyrənən tanınmış rus pxixiatrı Vasili Kasatkin yuxularla bəzi xəstəliklərin əlaqələrini təyin edib. Belə ki,
- Ürək xəstəliklərinə işarə edən yuxular vahiməli olur, insan gecənin ortasında yuxudan soyuq tər içində oyanır. Ürək xəstəlikləri olan insanların yuxularında onların dalınca kim isə qaçır, onları izləyin, onlar dərin quyuya düşür və s. Əksər hallarda yuxularda belə insanlar ölüm qorxusunu hiss edir.
- Nəfəsalma sistemi xəstəlikləri olan insanların yuxuları bu kimi ola bilər: insanın döş qəfəsində nə isə ağır bir şey var ki, bu ona rahat nəfəs almağa mane olur. Belə xəstəlikləri olan insanlar yuxuda tez-tez batır, onları diri-diri basdırırlar, onlar nəfəsalma çətin və ya mümüknsüz olan yerlərə düşürlər (dar havasız otaq, havası olmayan yad planet və s.).
- Mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlar yuxuda müxtəlif dadlar hiss edir. Əsasən bu xoşagəlməz dadlar olur - acı dad, xarab olmuş məhsulların dadı. Yuxuda belə insanlar tez-tez iylənmiş ət, balıq, qeyri-adi zəhərli meyvə-tərəvəzlər və s. görür.
Qara ciyər xəstəlikləri olan insanlar tez-tez yuxuda görürlər ki, onlara kim isə xəsarət yetirib, bıçaqlayıb, qan axır.
- Hipertoniyadan əziyyət çəkən insanlar yuxularında tez-tez təbii fəlakətlər (zəlzələ, subasama, qasırğa), müharibələr, terror aktları görürlər. Onlar yuxularında güclü fışıltılı xoşagəlməz səslər eşidir.
- Nevroz və depressiyadan əziyyət çəkən insanlar yuxuda çıxış yolu olmayan vəziyyətlərə düşür - meşədə, yad şəhərdə azır, yol tapa bilmir. Belə insanlar yuxularda tez-tez otaqları çox olan evlər, çoxsaylı pilləkənlər görür. Qaranlıqda gəzmək, monstrlardan gizlənmək, özünün dəfn mərasimi kimi yuxular depressiyaya işarə edir.
Nevrozdan əziyyət çəkən insanların yuxularında onların üzünə qapılar bağlanır, onlar axırıcı qatara, avtobusa gecikir və s., tanış insanlar qəribə görünür, qeyri-adi geyimlərdə olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1090   Tarix: 07 noyabr 2021
f Paylaş
yuxuda

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq