Yuxusuzluq
Yuxusuzluq - nəinki pis yatmaq, tam yatmamaq, yuxuya çətin getmək deməkdir. Yuxusuzluq və ya yuxunun pozulması hamının başına gələ bilən problemdir.
Səbəbləri:
- Münasib olmayan şərait, səs-küy, isti-soyuq, çox bərk və ya çox yumşaq çarpayı
- həyat tərzini dəyişmək, səyahətlər, yeni mənzilə köçmək
- evdə və ya işdə stress vəziyyət
- ağrıya səbəb olan xəstəliklər, nəfəsalmanın çətinləşməsi, tez-tez sidik ifrazına çağırışlar
- narahatlıq-depressiya
Simptomları:
Əgər bu problem ildə 1-2 dəfə baş verirsə narahat olmağa dəyməz, bu problem öz-özünə həll ola bilər. Əgər bu problem keçmirsə, Həkimə müraciət etmək lazımdır.
Siz nə edə bilərsiniz:
- Gecələr spirtli içkilər qəbul etməyin, qəhvə, şokolad, çay istifadə etməyin.
- Tərkibində kofein olan dərmanlar qəbul etməyin
- Yuxudan qabaq çox yeməyin
- Yuxudan 1-2 saat qabaq vanna qəbul edin
- Yaxşı yuxu üçün döşək sıx və rahat olmalıdır.
- Yuxudan əvvəl bir az kitab oxuyun
- Qorxulu filmlərə baxmayın
Həkim nə edə bilər:
Həkim çalışıb problemi dərmansız həll etməlidir. Mümkün olmadıqda işə həkim yuxu gətirən dərmanlar təyin edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi