Zaurun faciəvi ölümünün TƏFƏRRÜATLARI - VİDEO - FOTO
Lənkəran rayonunun Göyşaban kəndində bədbəxt hadisə baş verib.
Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, 8 yaşlı kənd sakini Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıblar. Azyaşlının cəsədi sakinlər tərəfindən kəndin mərkəzində quraşdırılan transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədi ilə onun içinə girdiyi ehtimal olunur.
Uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xalid Ağayev - qonşu: "Atası gəzirdi, onun üçün biz də qoşulduq ona. Saat yarımdan sonra məlumat verdilər ki, uşaq transformatorun içindədir. Sonra getdik gördük ki, transformatorun qapısı açıqdır. "Tok" vurub yandırmışdı onu. Transformator bərbad vəziyyətdədir. Hasara alınmalıdır, qıfıllanmalıdır. Yoxdur. Kimlər məsuliyyət daşıyırsa, ona bir çarə eləməlidir".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir