Zəhərlənmələrdən iltihabi xəstəliklərə qədər - Min bir dərdin dərmanı SODA

Zəhərlənmələrdən iltihabi xəstəliklərə qədər - Min bir dərdin dərmanı SODAAğ rəngli kristallik toz olan soda zəif duzlu və ya qələvi dada malikdir. Rütubətli yerdə və əsasən yüksək temperaturlu suda həll olanda karbon qazı ifraz edir. Çay sodası bəşəriyyətə lap qədim zamanlardan məlumdur. XVIII əsrdən başlayaraq soda mətbəxdə, elmi təbabətdə və xalq təbabətində istifadə edilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, soda qanın əsas tərkib hissələrindən biri kimi plazma və limfanın tərkibinə daxildir, hüceyrələrdə maddələr mübadiləsinin getməsini təmin edir. Soda bir çox xəstəliklərin müalicəsində tətbiq olunur.
Sodanın faydaları
-Südə qatılmış soda öskürək əleyhinə, bəlğəmgətirici təsirə malikdir. O öskürəyi qısa bir müddətdə kəsir. 1 fincan qaynar südə yarım çay qaşığı soda qarışdırılıb yatmazdan əvvəl bir neçə gün içilərsə, təsiri bir-neçə gündə özünü göstərir.
-Süddən xoşu gəlməyənlər 1 litr qaynar suya 1 xörək qaşığı soda əlavə edib inhalyasiya edə bilərlər. Bu vasitədə bəlğəmgətirici xüsusiyyətə malikdir.
-Boğazın iltihabi xəstəlikərində və boğaz ağrısı zamanı sodalı su ilə qarqara etmək ağrıkəsici və iltihab əleyhinə yaxşı təsir göstərir. Gündə 5-6 dəfə soda ilə qarqara boğaz ağrısını ardan qaldırır.
- Soyuqdəymə zamanı burun boşluğuna sodalı su damızdırdıqda soyuqlama əlamətləri yox olur.
-Konyuktvit xəstəliyi zamanı gözü sodalı su ilə yumaq xəstəliyin əlamətlərini azaldır.
-Mədənin və 12 barmaq bağırsağın yara xəstəliyi, qıcqırma zamanı mədə turşuluğunu azaltmaq üçün sodalı su içməyin faydası böyükdür. Sodalı su mədə turşuluğunu qısa müddət ərzidə kəsir, bağırsaqdakı qazların xaric olunmasına yardım edir.
- Sodalı su ürəkdə baş verən aritmiya əlamətlərini aradan qaldırır.
- Sodalı su orqanizmdən duzları xaric eləmək qabiliyyətinə malikdir. Bu səbədən də hər gün az miqdar sodalı su qəbulu arterial təzyiqin aşağı düşməsinə yardım edir.
- Uzaq məsafələrə yol gedilən zaman qusmanın kəsilməsində də sodalı su çox faydalıdır. Sodalı su mədə qıcqırmasının qarşısını alır.
- Zəhərlənmələr, ishal və qusmalar zamanı vena daxilinə soda məhlulunun yeridilməsi və ya gündə çoxlu miqdar sodalı su qəbulu orqanizmi zərərli maddələrdən təmizləyir, bədənin itirilmiş su ehtiyatını bərpa edir.
- Dırnaq dibində olan iltihabi proseslər zamanı yarım stəkan qaynar suya 1 xörək qaşığı soda töküb barmağınızı oraya salsanız ağrı və iltihabın tez bir zamanda yox olacağını görəcəksiniz.
- Ağız boşluğunu sodalı su ilə qarqara eləmək diş ağrısını kəsir.
- Sodə əla kosmetik vasitədir. Onu sabun qırıqları ilə qarışdırıb üzünüzü yusanız dərinizin necə təmiz və təravətli olduğunu görəcəksiniz.
- Diş pastasının üstünə soda töküb dişinizi yusanız diş ağrınız azalacaq.
-Sodalı su ilə islanmış pambıq ilə bükük nahiyyələri silinərsə, tərləmə zamanı pis qoxu gəlməz.
-Sodalı suya pambıq batırıb ağcaqanad dişləyən yerə bir neçə dəfə sürtsəniz qaşınma olmayacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1754   Tarix: 03 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri hamilelikde qidalanma qadın kosmetika döş əmən kişilər xiyar tursusunun hazirlanmasi qaydasi diş ağrısı kosmetika novruza aid hakışda xanim az intim vicdan cinsi əlaqə