Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar? - Metodun sirri

Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar? - Metodun sirriKörpələri və uşaqları yayda duzlu gölə, duzlu dəniz suyuna salmaq, çimdirmək, dəniz havası, qumunun uşaq orqanizminə nə qədər faydalı olması barədə yəqin ki, bilirsiz.
Məhz dəniz duzu, suyu, havası uşaq immunitetini möhkəmləndirir.
Eləcə də dənizə gedə bilməyənlər duz dağı, mağarası, xüsusi kurortlarda duz otaqlarında nəfəsalma terapiyası keçə bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, duzun uşağa təsiri hələ yüz illər əvvəl, dəniz olmayan bölgələrdə də insanlara məlum idi. Bəs o zaman insanlar nə edirdilər. O zamanlar duz defisit idi, çox baha satılırdı, karvanlarla uzaq ellərdən gətirilirdi.
XIII əsrdə tibbi kitablar müəllifi Aldobrandino Siena uşaqların bədənini duzla ovmağı məsləhət görürdü.
Bu metoda qədim rus, Ukrayna, Sibir xalqları da əməl edirdi.
Uşağın bədənini duzla masaj edib, duzla ovurdular. Bədənin elə bir nahiyəsi qalmırdı ki, ora duz dəyməsin.
Sonra uşağı isti bələyib, bir neçə saat belə saxlayırdılar.
Uşağın bu prosedurdan nə qədər əziyyət çəkməsi məlum deyil, amma dərinin duza dözməsi onun üçün çətin olardı. Uşaq təbii ki, duzun yandırmasına görə qışqırır, ağlayırdı. Lakin valideynlər buna fikir vermirdilər. Çünki onlara boqatır kimi güclü bədənli, immunitetli uşaq lazım idi və dözməlidir.
Zəngin ailələr isə duzu dəriyə çəkmir, uşağı elə duz topasının içində tam örtürdülər.
Belə müaicəvi profilaktik tədbirdən sonra uşağın sağlam olacağına inanırdılar.
Zəif doğulmuş, xəstə uşaqları da ayağa qaldırmaq üçün bu metod məsləhət görülürdü.
Əslində bu metodu düzgün bilmədən etmək və aşırı istifadə etmək faydadan çox zərər verə bilər. Həm də indi orta əsrlər deyil. Uşağı sadəcə dənizə, duz mağarasına apara bilərsiz. Amma arada təbii dəniz duzu ilə (apteklərdə satılır) uşaq bədənini yumaq, vanna və masaj etmək faydalı ola bilər.
Buna 1 yaşından başlamaq olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1160   Tarix: 14 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid