Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin isə beyninə qan sızıb - Nazirlik
Şamaxı Mərkəzi Rayon Xəstəxanası zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.
Xanim.az xəbər verir ki, Səhiyyə Nazirliyindən trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib: "Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib".
Məlumatda qeyd edilir ki, digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub: "Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər gəncin həyəcandan dili tutulub. O da yardım göstərildikdən sonra normallaşıb və evinə buraxılıb. Daha bir nəfərin isə həyəcandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir