Zəmzəm suyu bir möcüzədir

Zəmzəm suyu bir möcüzədirZəmzəm quyusu Məkkədəki Məscidi-haramdakı Həcərül-əsvədin qarşısında Kəbəyə 19 metr uzaqlıqda yerləşir.

Həzrəti İbrahim Allahın əmri ilə kiçik yaşlı oğlu İsmaili və onun anası Həcəri susuz bir səhrada buraxır.
Övladının susuzluqdan ölməsindən qorxan Hz. Həcər Səfa və Mərvə təpələri arasında su axtarmağa başlayır. Yeddi dəfə həmin təpələr arasında gedib-gəlir. Yeddinci yürüşdə Mərvə təpəsinə yaxınlaşarkən oğlunu qoyduğu yerdə bir səs eşidir. Hz. Cəbrayıl tərəfindən qazılan torpaqdan suyun fışqırdığını anlayır. Yerdən çıxan su ilə İsmayılın oynadığını görür və zəm -zəm, yəni "dur-dur" deyərək suyun qabağını kəsərək gölməçə formasına salmağa çalışır. Quraq Məkkə vadisində özlərinə suyun verildiyini görən Hz. Həcər Allaha şükür etmiş və qabını su ilə dolduraraq eyni zamanda suyun axışına mane olmağa çalışmışdır.

Rəsulullah (s.ə.s) da "Allah İsmayılın anasına rəhmət eləsin! Əgər suyun qabağını kəsməsəydi, zəmzəm şırhaşır axıb gedən çay olacaqdı" – buyurmuşdur.

Zəmzəm tək gözdən qaynayan bulaq idi. Hz. İbrahim tərəfindən quyu halına salınmış və bundan sonra Hz. Həcər və oğlu həmin quyu ətrafında məskunlaşmağa başlamışdır.

Məkkədə insanların məskunlaşma səbəbi olan Zəmzəm quyusu Hz. İbrahim və oğlu Hz. İsmayıl tərəfindən təməlləri atılan Kəbə ilə birlikdə Məscidi-haramın müqəddəs sayılan məkanlarından biri oldu. Sonralar həcc və ümrə üçün Məkkəyə gələnlər bu sudan çox faydalandı.

Dünyanın ən təmiz sularından olan zəmzəm suyunun sirri hələ də tam açılmayıb. Zəmzəm suyu dünyanın yeganə suyudur ki, tərkibində nə mikroorqanizm, nə də bakteriya var.

Mənbəyi tapıla bilməyən suyun dənizdən 80 kilometr uzaqda olmasına və ətrafında başqa heç bir quyu olmamasına baxmayaraq illərdir qurumaması, araşdırmaçıları çaşbaş edir. Sadəcə 1,5 metr dərinliyindəki quyudan həcc mövsümündə milyonlarla hacı bütün su ehtiyacını qarşılayarkən, su səviyyəsində də heç bir azalma olmur. İçənin susuzluğunu və hətta aclığını belə götürən suyun bu sirri də alimlər tərəfindən araşdırılır.

Alman professoru Pfeyfer təsadüf nəticəsində Zəmzəmlə tanış olduğu gündən etibarən suyun üzərində bir çox elmi araşdırmalar aparıb. Onun dediyinə görə, "Bu su heç bir şərt altında dəyişmir, amma dəyişdirir. Maraqlı bir test etdim. Bir damla Zəmzəm suyuna 100 damla normal su qarışdırdım. Sonda gördüm ki, suyun hamısı Zəmzəm olub. Sonra bir damla Zəmzəmə min damla normal su qarışdırdım və eyni nəticə əldə etdim. Zəmzəmdə böyük bir enerji var. Başqasını dəyişdirər, amma özü dəyişməz".

Yapon alimi Masaru Emoto isə zəmzəm kristallarını mikroskop görüntüsündə araşdırıb. Suyun kristal nizamının dəyişən tezliklərə görə fərqliləşdiyini görən Dr. Masaru Emoto zəmzəm kristallarının zəng səsində qaraldığını, Quran və azan səsində isə parladığını qeyd edib. Onun araşdırma yazılarında qeyd olunub ki, zəmzəmin kristalları bir növ Kəbə evini xatırladır.

Zəmzəm suyunun xeyri elmi cəhəddən isbat edilsə də, bu su elmin izah edə bilməyəcəyi bir çox möcüzələri özündə birləşdirir. Zəmzəmin baş ağrısını kəsməyi və gözü işıqlandırmağı isbata ehtiyac olmayan həqiqətlərdəndir.

Avropa labaratoriyalarında aparılan araşdırmalardan məlumdur ki, Zəmzəm suyunun tərkibində kükürd miqdarı həddindən artıq azdır. ABŞ labarotoriyalarının apardığı testlərdən isə daha maraqlı məlumat verilib. Məlum olub ki, zəmzəm suyu dünyanın yeganə suyudur ki, tərkibində nə mikroorqanizm, nə də bakteriya var. Ümumdünya Səhiyyə Təşkilatı Zəmzəm suyunu dünyanın içilə bilən ən xeyirli suyu kimi elan edib. Bununla belə digər sulara görə daha çox bəsləyici və mineral tərkibli Zəmzəm bu günə qədər araşdırılır.

Maraqlı     Baxılıb: 4523   Tarix: 30 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

hamiləlik geyim seçimi kosmetoloq meyvələrin faydası balqabaq tumu aybasi tərəvəzlər kosmetika qiz adlari azerb clpaq qadinlari dovsan oğlaq atalar sözləri