Zeytun yağı sizi qırışlardan xilas edər

Zeytun yağı sizi qırışlardan xilas edərZeytun yağının möcüzəvi gücündən hansı xanımın xəbəri yoxdur ki? Salat və digər kulinar ləzzətlərdəki ənənəvi istifadəsindən başqa xanımlarımız bu yağı üz və bədən qulluğunda da istifadə edirlər. Zeytun yağı müxtəlif kimya ilə dolu olan hazır gözəllik vasitələrinin çox gözəl əvəzedicisidir.

Zeytun yağının möcüzəvi təsirini insanlar hələ qədim dövrdə aşkar ediblər. O dövrün bütün xanımlarının krem və maskalarında bu yağ istifadə edilirdi.

Indiki zamanda zeytun yağını təbii halda tapmaq çətindir, lakin buna baxmayaraq yağın istifadəçiləri azalmır. Bir çox qadın bahalı kremlərin yerinə zeytun yağından istifadə edirlər. Bu yağın istifadəçiləri arasında məşhurlar da var. Misal üçün, Sofi Marso hər səhər üzünün dərisini zeytun yağı ilə nazlayır.

Üz gözəlliyini gözətrafı qırışlar korlayır. Yəqin artıq anladınız ki, "qaz ayaqları" və digər problemlərdən xilas olmaq üçün əsərimizin qəhrəmanı – zeytun yağı ən yaxşı seçimdir. Zeytun yağını göz qapaqlarına kompress kimi çəkirlər, bu yağ ilə göz qapaqlarının masajı gərginliyi aradan qaldırır və kiçik qırışları açır.

Xalq üsulu

Dərinin cavanlığı və sağlamlığını əldə etmək üçün sizə xalq üsulu kömək edəcək. O, az vaxtınızı alacaq, nəticələr isə ən cürətli ümidləri belə geridə qoyacaq.

Möcüzəvi vasitənin hazırlanması üçün bizə lazım olan şeylər – 50ml yağ və 10 ml E vitamininin yağ qatışığı. Maska cildə axşam 5 dəqiqəlik çəkilir, artıqları kağız salfet ilə götürülür.

Vaxtsız qırışlardan zeytun yağı kompressi və göz qapaqlarının masajı xilas edər. Yağ kompressindən sonra göz qapaqlarınızı cəfəri həlimindənZeytun yağı hazırlaya biləcəyiniz buz kərpici ilə masaj edin. Ehtiyyatlı olun: gözətrafı cild çox həssasdır və ehmallı qulluq tələb edir!

Qırışların qarşısını almaq üçün sizə zeytun yağı və bir neçə damcı limon suyundan hazırlanmış maska kömək edəcək. Vasitə göz ətrafına 5-10 dəqiqəlik çəkilir. Yağın artıqları salfet ilə silinir.

Gözaltı qırışlardan və kölgələrdən sizi həssas gözətrafı cild üçün olan maska xilas edəcək. Bu maskanı ev şəraitində hazırlamaq çox asandır. Lazım olanlar – yarım banan və yarım xiyarı yaxşıca əmək lazımdır. Alınan məhlula iki xörək qaşığı zeytun yağı əlavə edin. Maska 30 dəqiqəlik çəkilir və soyuq su ilə yuyulur.

Təbiətin nemətlərindən istifadə edin və gözəl olun!

Gözəllik və Moda     Baxılıb: 8950   Tarix: 22 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

turlar.az

geymler 2026 gozel gorunmek hamilelikde qidalanma cinsiyyet üz maskaları xina bayatilari maraqli el islerinin hazirlanmasi kosmetika novruz bayramına aid hakıştalar muellim seiri brusell bakteriyası gozellik terezi