"Zob" adlandırdığımız "boğaz uru" nədir?

Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normal halda qadınlarda 20 kub sm həcmində olur və gözlə görünmür, kişilərdə isə 25 kub sm həcmində olaraq xirtdək şəklində seçilir.
Qalxanvari vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə təsir göstərir - maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanvari vəzi ümumi hormonal sistemin "dirijoru" adlandırırlar.
Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir - sinir, qan damar, cinsiyyət sistemi, maddələr mübadiləsi və s. zərər çəkir.
Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da çox adam "zob" adlandırır. Bu söz isə rus dilində "çinədan" mənasını verir - boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin əlamətidir.
Boğaz urunun növləri
Qalxanvari vəzin böyüməsi fonunda onun funksiyası və müvafiq olaraq qanda tireoid hormonların miqdarı həm arta, həm azala, həm də normal səviyyədə qala bilər.
Buna əsasən boğaz urunun aşağıdakı növləri mövcuddur:
1. Diffuz endemik ur zamanı qalxanvari vəzin böyüməsi və hipotireoz, yəni tireoid hormonların çatışmazlığı qeyd olunur. Boğaz urunun bu növü başqalarına nisbətən daha çox rast gəlinəndir və əsas səbəbi də qida və suda yod çatışmazlığıdır. Həmin çatışmazlıq adətən müəyyən yerli amillərlə, xüsusən də istifadə olunan su ilə əlaqəli olduğu üçün xəstəlik də "endemik", yəni müəyyən ərazidə yayılmış adlanır. Diffuz endemik zob Azərbaycanın bəzi rayonlarına da xasdır.
2. Diffuz toksik ur zamanı isə həm qalxanvari vəzin ölçülərinin, həm də tireoid hormonların artması qeyd olunur. Bu vəziyyət hipertireoz və ya tireotoksikoz adlanır.
3. Düyünlü toksiki ura da hipertireoz xasdır, lakin bu xəstəliyin diffuz növündən fərqli olaraq qalxanvari vəzin bütün ölçüləri artmır - bəzi hissələr böyüyərək qalınlaşır və bu hissələrə də düyünlər deyilir. Onların sayından asılı olaraq birdüyünlü və ya çoxdüyünlü ur mövcuddur.
4. Qalxanvari vəzin həcminin artması fonunda fəaliyyətinin və müvafiq olaraq tireoid hormonların səviyyəsinin norma daxilində olması eutireoz adlanır. Belə hal hamiləliyə və ya qalxanvari vəzin iltihabına xasdır.
5. Qalxanvari vəzin böyüməsi onda əmələ gələn kistalar, yəni içi özlü maye ilə dolu kiçik qabarcıqlar hesabına da ola bilər. Bu hal kistalı ur adlanır. Kiçik kistalar adətən heç bir narahatlığa səbəb olmur, lakin kistanın iltihablaşması və ya irinlənməsi hərarət və boğazın ön səthində ağrılara səbəb olur ki, bu hala da olduqca ciddi yanaşılmalıdır.
Boğaz urunun səbəbləri
Bu xəstəliyin müxtəlif növlərinin səbəbləri də müxtəlifdir.
Ən çox yayılmış olan endemik diffuz urun əsas səbəbi qəbul edilən qida və suda yodun azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur - yod çatışmazlığı zamanı lazımi miqdarda tireoid hormonları hasil olunmur. Orqanizmi həmin hormonlarla təmin etmək üçün əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod almaq üçün qalxanvari vəzin həcmi artır. Azərbaycanda bu xəstəliyin aktuallığı da bəzi ərazilərimizə xas olan yod qıtlığı ilə bağlıdır.
Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqəlidir.
Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi rəqəmlərə əsasən yoda gündəlik tələbat aşağıdakı kimidir:
- 5 yaşına qədər uşaqlar - 80-100 mkq dək;
- 12 yaşına qədər uşaqlar - 130 mkq dək;
- böyüklər və 12 yaşından sonra uşaqlar - 160 mkq dək;
- hamilə və uşaq əmizdirən qadınlar - təqribən 200 mkq.
Diffuz endemik urun digər səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:
- qeyri-qənaətbəxş ekoloji vəziyyət - məsələn, organizmə daxil olan toksiki maddələr qalxanvari vəzin fəalığını azaldır;
- tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması (balıq, süd, yumurta, yağ, mal əti, portağal, lumu, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma, sarımsaq, turp, çuğundur, kartof, kök, pomidor);
- irsiyyət.
Diffuz toksiki urun əsas səbəblərindən orqanizmdə xüsusi anticismlərin əmələ gəlməsidir. Bu xəstəliyin digər adı Bazed xəstəliyidir. Müəyyən olunmamış səbəbdən immun sistemi tərəfindən hasil olunan bu anticismlər qalxanvari vəzin fəaliyyətini artırır. Yuxarıda qeyd edildiyi kimi, tireoid hormonların səviyyəsinin normadan artıq olması "hipertireoz" və ya "tireotoksikoz" adlanır. Diffuz toksiki urun digər səbəbləri tireoid hormon tərkibli dərman preparatlarının artıq dozada qəbulu, irsiyyət, mənfi ekoloji vəziyyətdir.
Düyünlü urun səbəbi dəqiq bilinməsə də, irsiyyət, radiasiya, toksiki maddələrin mənfi təsiri təxmin edilir. Xəstəliyin bu növünün əsas təhlükəsi isə qalxanvari vəzdə əmələ gələn düyünün bədxassəli şişə çevrilmə ehtimalıdır.
Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Qazanılmış kistaların səbəblərindən iltihabi proses, onkoloji, yəni şiş xəstəliyini və s. göstərmək olar.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 971   Tarix: 09 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətt

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

turlar.az

gözəllik məhsulları yemek reseptleri reseptler bürc uyğunluğu elm haqqinda atalar sozu cagatay ulusoy seksual fotolar kosmetika uzeyir cantalar şirin qoğal qiz burcu novruz