Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər.
Milli.Az-ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdən istifadə də tənəffüs yollarına mənfi təsir göstərə bilər.
Türkiyəli həkim Melahat Bekir Külahın sözlərinə görə, evdə paltar qurutmaq havadakı rütubəti artırır və kif yaranmasına şərait yaradır. Gözlə görünməyən kif nəfəs yolu ilə ağciyərlərə daxil olaraq ciddi infeksiyalara səbəb ola bilər.
Həkim qeyd edib ki, siqaret tüstüsünə həm aktiv, həm də passiv şəkildə məruz qalmaq astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) riskini artırır. Kondisionerlərin filtrlərinin vaxtında təmizlənməməsi, qapalı məkanların kifayət qədər havalandırılmaması və ağardıcı kimi kimyəvi maddələrin nəzarətsiz istifadəsi də ağciyərlərə zərər verə bilər.
Bildirib ki, kifayət qədər su içmək bronxlardakı seliyi durulaşdıraraq tənəffüs yollarını qoruyur və infeksiya riskini azaldır. Tozlu mühitdə çalışan şəxslərin qoruyucu maskalardan istifadə etməsi, eləcə də hər gün ən azı 40 dəqiqə piyada gəzməsi ağciyər sağlamlığının qorunmasına kömək edir.
Mina Mikayılova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO