Zobdan zəhərlənmənin qarşısını alan ƏN YAXŞI MEYVƏ

Zobdan zəhərlənmənin qarşısını alan ƏN YAXŞI MEYVƏRespublikamızın əsasən qərb bölgəsində yetişən xurma bir çox insanlar tərəfindən sevilə-sevilə yeyilən meyvə olmaqla yanaşı, son dövrlərdə xarici ölkələrə ixrac olunan və ölkəmizə valyuta gətirən əsas meyvələrdəndir. İstehlakçılar xurma bitkisini dadına və şirinliyinə görə ləzzətlə yesələr də, onun tərkibindəki maddələrin zənginliyindən və bir çox xəstəliklərin müalicəsində əla vasitə olması haqqında tam bilikli deyillər.
Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində xurmanın faydaları, bu meyvə ilə qidalanma və onun müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
Zaur Həsənov bildirib ki, zəngin tərkibə malik xurma meyvələrində su, quru maddə, şəkərlər, polifenol, yağlar, karotin, yod, üzvi turşular, zülali maddələr, likonin və C vitamini olur. Həmçinin 100 qram meyvədə sortlar üzrə müxtəlif miqdarda elementlər, o cümlədən alüminium, barium, mis, xrom, dəmir, nikel, silisium, vanadium, fosfor, maqnezium, natrium, kalium, kalsium və sair vardır.
Qurudulmuş meyvələrdə daha çox quru maddə, şəkərlər, üzvi turşular, dabbaq maddələri və sair olur.
Xurma meyvələrindən həm təzə, həm qurudulmuş, həm də emal olunmuş şəkildə istifadə edilir. Onlardan müxtəlif cemlər, mürəbbə, povidlo, pastila hazırlanır, unlu xörəklərdə içdoldurma (naçinka) üçün işlənir.
Xurma meyvələri böyük pəhriz və müalicəvi əhəmiyyətə malikdir. Tibdə xirnik meyvələrindən hipertoniya və ateroskleroz, qalxanabənzər vəzlərin müalicəsində və triotoksikoz (zobdan yaranmış zəhərlənmələr) xəstəliyi zamanı istifadə edilir. Azərbaycan əczaçılarının (Orucov İ.M., Əliyev R.K. 1965-ci il) xurma meyvələrindən aldıqları şirə (Sukdioskakil) zobdan yüngül və orta dərəcədə zəhərlənmələrə qarşı geniş istifadə edilir.
Zobdan zəhərlənmənin qarşısını alan ƏN YAXŞI MEYVƏXirnik meyvələri büzüşdürücü, canlandırıcı xüsusiyyətlərə malik olmaqla yanaşı, eyni zamanda, orqanizmin soyuqlamaya və mikroba davamlı olmasını təmin edir. O, həmçinin dəriyə müsbət təsir göstərir.
Xurma meyvələri müxtəlif mədə-bağırsaq xəstəlikləri, angina, qanazlığı, damağın müxtəlif mənşəli xəstəlikləri, qan dövranının pozulması, böyrək, öd yollarının xəstəlikləri, halsızlıq, vərəm, sinqa, isitmə, qadın xəstəlikləri ilə müalicədə mübarizə vasitəsi kimi istifadə olunur. Bu məqsədlə təzə, qurudulmuş və dondurulmuş meyvələrdən istifadə edilə bilər.
Xurmanın lətini qabığı ilə bərabər irinli yaraların üzərinə qoyduqda onlar tez sağalır.
Xurma şirəsi orqanizmi təmizləyici xüsusiyyətə malikdir. O, antibakterial xüsusiyyətli olduğundan bağırsaq çöplərini və qızılı stafilokoku məhv edə bilir. Hələ qədimdən həkimlər xurma şirəsini qan azlığı, halsızlıq, vərəm, soyuqlamadan baş vermiş xəstəliklər, qadın xəstəlikləri, sinqa, isitmə, həmçinin orqanizmin zəiflədiyi hallarda istifadə edirdilər. Şirə yeməkdən qabaq 1/4-1/2 stəkan olmaqla bir qaşıq bal ilə qarışdırılıb içilir. Qatılaşdırılmış xurma şirəsi (lətlə birlikdə) hipertoniya, qanazlığı, yuxarı tənəffüs yollarında selikli qişanın iltihabı zamanı faydalı sayılır.
Xurma şirəsi almaq üçün meyvələr əvvəlcə 12-15 saat müddətində 30-40 dərəcə C temperaturu olan suda saxlanılır. Büzüşdürücülüyünü itirmiş belə meyvələr şirə çəkmək üçün hazır olur.
Qatılaşdırılmış xurma şirəsi (lətlə birlikdə) hipertoniya, qanazlığı, yuxarı tənəffüs yollarında selikli qişanın iltihabı zamanı qəbul edilir.
Şəkərli diabet xəstələrinə (saxaroza çox olduğundan) xurma yemək məsləhət görülmür.

Sağlamlıq     Baxılıb: 2200   Tarix: 12 noyabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

qadin sayti donlar 2026 yemek reseptleri gözəl xanım geyim şəkilləri qadın müdafiəsi janrlar kosmetika azerb clpaq qadinlari rus dili 2ci ders insan novruz hakisdalari hakışda