Zökəmin səbəbləri və müalicəsi
Burunun selikli qişası daim selik ifraz edir.
Bu selik çox vacib funksiyaları yerinə yetirir - buruna daxil olan havanı nəmləndirir, burun boşluğuna düşən müxtəlif yad maddələri (toz, bitkilərin tozcuqları, mikroblar və s.) buradan xaric edir. Selik burunda daim əmələ gəlir. Lakin adi vəziyyətdə biz bunu hiss etmirik. İltihab zamanı seliyin ifrazı çoxalır. Bu hal "zökəm" (tibbdə "rinit") adlandırılır.
Zökəmin əsas səbəbi iltihabdır. İnsan sağaldıqdan sonra zökəm də keçir. Lakin bəzən insanda heç bir iltihab olmadan zökəm inkişaf edir və uzun müddət ərzində keçmir.
Belə xroniki zökəmin səbəbləri müxtəlif ola bilər:
- adenoidlərin böyüməsi (bu uşaqlarda "səbəbsiz" zökəmin əsas səbəbidir)
- sinusitlər (haymorit, frontit)
- burun boşluğunda yad cismin olması. Bu uşaqlarda tez-tez baş verir. Kiçik yaşlı uşaqlar oyun zamanı qulaqlarına, burnuna müxtəlif kiçik əşyaları (düymə, muncuq və s.) salır. Bir müddətdən sonra uşaqda burun seliyinin artması, seliyin içində qan kimi simptomlar meydana çıxır. Dərhal uşağı LOR həkiminə göstərin.
- burun çəpərinin quruluşunun pozulmaları (əyrilik və s.)
- allergiyalar. Bu da zökəmin əsas səbəblərindən biridir. Zökəm allergenlə (allergiyaya səbəb olan maddə - toz, güllərin tozcuqları, tük, yun, yuyucu toz və s.) təmasdan sonra inkişaf edir. Xəstənin burnu axır, o, tez-tez asqırır. Allergik zökəm zamanı adi burun damcılardan deyil, allergiya əleyhinə preparatlardan, bəzən hormonlardan istifadə olunur.
- burunun selikli qişalarının polipləri (xoşxassəli şişlər), kistalar (maye ilə dolu qovuqcuqlar)
- hamiləlik zamanı qadınlarda hormonal fonun kəskin dəyişilməsi fonunda tez-tez zökəm inkişaf edir
- zökəm əleyhinə preparatlarından süi-istifadə.
Zökəmi müalicə etmək lazımdır ki, burun boşluğunda olan infeksiya ətrafdakı toxumalara (haymor cibləri, qulaq) yayılmasın.
Zökəmin ilk simptomlarında isti ayaq vannaları; isti çay müalicəvi otlarla; çay ağacı yağı, evkalipt, nanə yağı ilə inhalyasiyalar; duzlu su, çobanyastığı dəmləməsi ilə burunun yuyulması yaxşı kömək edir. Xüsusi burun damcıları həkim təyin etməlidir. Bu damcılardan 5 gündən artıq istifadə etmək olmaz. Əks halda bu bir çox problemlərin inkişafına (damar problemləri və s.) səbəb olacaq.
Saglamolun.Az
f Paylaş








Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür