Zorakılıq qurbanı olan gənc qadın:"Qayınanam deyirdi ki, gəlin oturub çörək yeməz"- FOTOLAR

"İki yolum qalmışdı: ya ayrılmaq, ya da intihar"

Gülnarə Bəkirova: "Qayınanam, baldızlarım deyirdilər ki, gəlin oturub çörək yeməz, ayaqüstə, iş görərkən yeməlidir"

Hər bir ailə kiçik dövlətdir. Bu dövlətin "vətəndaşları" ailə üzvlərindən ibarətdir. Bu insanlar hər gün eyni mənzilə gəlir, bir qapıdan içəri girir, birlikdə yaşayır, sevinc və kədərlərini bir-biriləri ilə bölüşürlər. Ailədə hər kəsin öz yeri, öz hüququ var. Bəzən isə bu "kiçik dövlət" - ailə parçalanmaya məruz qalır. "Cümhuriyət" qəzetinin bugünkü müsahibi ailə həyatı uğursuz olmuş Gülnarə Bəkirovadır.

"Ailə qurandan sonra anladım ki..."

-Gülnarə xanım, həyatda kifayət qədər çətinlik görmüsünüz. Sizcə, bu gün gənclər ailə qurarkən necə qərar verməlidir - ağılla, yoxsa, ürəklə?

-Əslində belə bir şərt yoxdur ki, insan ya qəlbi, ya da ağlı ilə qərar versə, bu, mütləq doğru olacaq.Sevmədən ailə qurub, kifayət qədər xoşbəxt yaşayan ailələr var. Sadəcə olaraq doğru zamanı gözləmək lazımdır.Hərtərəfli araşdırmaq, yüz ölçüb, bir biçmək lazımdır.

-Siz necə qərar verdiniz?

-Mən evlilik qərarı verərkən nə sevgini, nə də digər amilləri düşünmədim. Hətta mən o insanı görməmiş "hə" demişdim. O insan məni toy mərasimində görmüşdü. Sonra telefon vasitəsilə mənimlə əlaqə saxladı.Əvvəl qəti etiraz etdim.Amma sonradan davamlı yazmağa başladı.Təxminən iki ay telefonda danışdıqdan sonra "hə" demişdim.Uzun müddət nişanlı olduq, orda da pis biri kimi mənə təsir bağışlamadı.Dedikləri sonradan köpüyə döndü və mən bunu ailə qurandan sonra anladım.

-Valideynlərinizin sizin ailə qurmağınıza münasibəti necə idi?

-Valideyinlərim araşdırdılar, düşündülər və mənə bildirdilər ki, qərar sənindir. Ondan sonra mən "hə" dedim. Onun barəsində mən və valideynlərim məlumat toplayanda bizə yanlış məlumatlar verdilər.Onun mənfi cəhətlərini, problemli məqamlarını bildikləri halda bizə yanlış şeylər dedilər, hər kəs təriflədi. Bizə deyirdilər ki, ali təhsillidir, hər şey yaxşıdır. Amma mən gördüm ki, heç də təhsil önəmli deyil bu məsələlərdə.

"Ailəmiz dağılmasın deyə, susurdum"

-Ailənizdə problemlər necə başladı?

-Problemlər demək olar ki, məndən başladı.Mən çox sakit, dinməz idim. Nə etsələr, nə desələr, dinmirdim.Mən belə eşidib, belə bilmişəm ki, hər nə olsa, ailənin daxilində qalmalıdır, susmaq, dinməmək lazımdır.Ən böyük səhvim də bu oldu ki, baş verənlər barədə ailəmə, valideynlərimə heç nə demədim.

-Nələri gizlədirdiniz, nələrə dinmirdiniz?

-İndi namaz qılır, ancaq o vaxt yoldaşım spirtli içki qəbul edir, evə gec gəlir, mənə şiddət göstərirdi.Amma mən heç vaxt dinməmiş, dilimə gətirməmişəm bunları.Ailəmiz dağılmasın, söz-söhbət kənara çıxmasın deyə susmuşam.

-Niyə şiddət göstərirdi, buna səbəb nə idi?

- Ən çox mübahisəmiz onun evdə tapılmaması üstündə idi.Səhər tezdən evdən çıxır, gecə saat 2-3 radələrində evə gəlirdi.Heç vaxt evdə olmurdu.Ailəsinə vaxt ayırmırdı.Hesab etmirəm ki, bu müddətdə o bütün vaxtını və enerjisini sırf işə həsr edirdi. Çünki ara günləri qismən başa düşsəm də şənbə və bazar günləri də adi qaydada, tezdən çıxıb, axşam qayıdırdı. O gələndə evdə hadisələri məndən öncə və qeyri-obyektiv şəkildə danışırdılar.

Əslində belə düşünürəm ki, çox gözəl hər şeyi bilirdi, sadəcə, mən tək idim.Tək insanı isə susdurmaq və gedişatlara boyun əydirmək daha asandır.Yoldaşım hər dəfə mənə şiddət göstərəndən sonra üzrxahlıq edir, deyirdi ki, sənə onlar nəsə desələr cavablarını ver. Mən və digər xanımlar ailə quranda düşünmürük ki, döyüşə gedirik, davaya gedirik.Amma mən döyüşə gəlmişdim sanki.Elə bir ailədən çıxmışdım ki, orda bir dəfə də söz-söhbət olmazdı.Mən burada necə cavab qaytara bilərdim?Susurdum, dinmirdim.

"Soyuq, qarlı havada paltarları yuyurdum, əllərim donurdu"

-Sizdən nə istəyirdilər, tələbləri nə idi? Bəlkə yoldaşınız üçün başqa namizədləri var idi və sən onlara yad idin, yaxud onlar subay olduqları üçün səni qısqanırdılar? Nə beş verirdi?

-Günümün xoş keçməsi üçün gərək səhər tezdən, axşama kimi evə girməməli, bütün günü həyətdə işləməli idim. Fərqi yoxdu, qadın, yaxud kişi işi. Hamısını mən etməliydim. Hətta bir dəfə mal-qara üçün ot "presi" gətirmişdilər. Yoldaşım da evdə yox idi.Qayınatamın da fiziki imkanları qismən məhdud idi. Yoldaşıma söz gəlməsin deyə gedib ot "pres"lərini yerinə daşıdım. Yoldaşım gələndə isə ailəm qarışdı bir-birinə. Yoldaşıma dedilər ki, sənin arvadın bizi sındırmaq üçün gedib ot "pres"lərini yığıb. Və mən yenə şiddət gördüm.

Məsələn, mən evdə isti su işlədə bilməzdim.Paltaryuyan maşınım olsa da, onu işlədə bilməzdim.Elektrik enerjisinə qənaət olsun deyə işlətmirdik.Soyuq, qarlı havada paltarları yuyurdum, əllərim donurdu.Arabir evə girib sobada əlimi qızdırırdım. O dərəcədə donurdu ki, əlimi hiss eləmirdim və məcbur olub əlimi qızdırırdım. Yoldaşım gələndə isə deyirdilər ki, Gülnarə qəsdən gözümüzün qabağında gəlib əllərini qızdırıb bizə acıq verir ki, yəni, mən sizin paltarınızı yuyuram deyə əllərim donur.

Yoldaşım nadir hallarda günorta evə gələndə mən ona qayğı, diqqət göstərə bilməzdim.Ancaq bir şey soruşa bilərdim, yemək yeyirsən, çay içirsən?Başqa nəsə soruşanda yenə "tufan" qopurdu. Deyirdilər ki, gör nə qədər qudurub ki, bizim yanımızda az qalır ərinin ağzına girsin. Mən yoldaşımla həkimə belə ikilikdə gedə bilməzdim, mütləq ailədən kimsə bizimlə gəlməli idi, çox hallarda isə bir neçə ailə üzvü bizi müşayiət edirdilər.

Mənə paltar lazım olanda qərarı baldızlarım verirdi. Hətta deyirdilər ki, gəlin oturub çörək yeməz, ancaq ayaqüstə, iş görərkən yeməlidir. Əslində yoldaşımın ailəsi mənim ayrılacağımı gözləmirdilər, elə bilirdilər ömrüm boyu belə olacaq.Qayınanam isə sonradan bizə bir etirafı edəndə hər birimiz dəhşətə gəldik.
Baldızımın biri sonradan ailə qurdu, amma ailə həyatı bir ay çəkdi.Qayıtdı evimizə. Qayınanam isə bir gün qapını təpiklə açdı, mənə dedi ki, mənim ailəsi dağılmış qızım evdə ola-ola yad qızını xoşbəxt edə bilmərəm.

"Ərimin ailəsini qorumağa iradəsi çatmadı"

-Başınıza gətirilənlər və ayrılacağınız barəsində heç imkan tapıb yoldaşınıza nəsə deyə bilirdinizmi?

-Biz bir dəfə ayrıldıq. Qeyri-rəsmi şəkildə ayrıldıq.Mən gəldim atam evinə.Bir neçə ay atam evində yaşadım. Uzun mücadilədən sonra yoldaşım mənə söz verdi ki, hər şey yaxşı olacaq, mən daha belə şeylərin olmasına imkan verməyəcəyəm. Hətta valideynlərimə dedi ki, mənim Gülnarədən heç bir narazılığım yoxdur, amma bizimkilər imkan vermir yaşamağımıza.

O bunları bildiyi halda iradəsi çatmadı ailəsini qorumağa. Mən bir dəfə dedim ki, gəl, kirayəyə ev tutaq, bir müddət kənarda qalaq. Belə alınmır. O ailəsinə sahib çıxa bilmədi. Çünki bilirdi ki, mən onun ata-anasının yanındayam.İstədiyi vaxt evə gələ bilər, istədiyini edə bilər. O buna razı olmadı, dedi ki, "mən bu ömrü bir də yaşamayacağam, mən də cavanlıq etmək istəyirəm". Amma mən istəyirdim ki, mənim yoldaşımın sözünün kəsəri olsun, onun sözü keçsin ailədə.

-Yoldaşınızın sözü ümumiyyətlə, keçmirdi ailədə?

-Keçirdi, ancaq öz mənafeyi üçün. Hətta dava da edə bilirdi, evdən də küsüb günlərlə evə gəlməyə bilirdi.Kimsə onun evə gec gəlməyinə irad tutanda dava da sala bilirdi.Amma onun ailəsi ilə bağlı məsələlərdə sözü keçmirdi.

-Qayınatanız necə bir insan idi, ondan da şiddət görürdünüzmü?

-Qayınatam fərqli idi. Yeganə güvənib sözümü deyə biləcəyim bir insan o idi. Hansısa bir ağır əşya olanda mən yalnız ona deyə bilərdim ki, ata, mənə kömək et. Ürəyiyumşaq insan idi və tez təsirə düşürdü.

-Ayrılmaq qərarından peşmansınızmı?

-Mən ayrılmaq qərarımı atama dedim. Çünki mənim iki yolum vardı, ya intihar etmək, ya da ayrılmaq.Ailəmə hər şeyi danışdım.Danışdım ki, sən yayda gəlib məni uzunqol paltarda görəndə onu üşüdüyümə görə geyinməmişdim, ona görə geyinmişdim ki, qollarımdakı göyərmiş yerlər görünməsin.Üzümdə, yaxud digər açıq yerlərdə də göyərti izləri görəndə yüz bəhanə uydururdum. İstəmirdim ki, yoldaşım valideynlərimin gözündən düşsün, gizlədirdim... Hətta bir dəfə olanlara dözmədim, yenə ayrıldıq.Mən ata evimə gəldim.Yoldaşım da ardımca gəldi.Atam evdə yox idi və o atam evindəcə mənə əl qaldırdı.Artıq bu hadisədən dərhal sonra mən ayrılmaq üçün rəsmi ərizə ilə müraciət etdim.

Mən bu günlərdən ayrıldım, necə peşman ola bilərəm?

-Ayrılandan sonra nələr baş verdi?

-Ayrılandan sonra doyunca yemək yeyə bildim, ən əsası və ən yadda qalanı budur. Bu gün istədiyim zaman acanda durub yemək yeyə bilirəmsə, bu özü böyük sevincdir.Amma ayrılandan sonra ikinci bir burulğan, çətinliklər başladı. Ayrılandan sonra atamla gəldik Bakıya, kirayə ev tapanda çox əziyyət çəkdik. Çünki bu gün heç kim boşanmış qadına ev vermir. Azyaşlı uşaqlarım vardı, onları bağçaya qoyanda çox əziyyət çəkdik.İki uşağım var, qızım məktəbə, 1-ci sinifə gedir, oğlumun isə 6 yaşı var.

Və mən uşaqlarımı saxlamaq üçün iş axtarışına çıxdım. Ən əziyyətli məqam da bu idi. İşədüzəltmə agentliklərinə zənglər etdim, bir neçə iş yerində çalışdım, amma "ayrılmış gəlin" imici məni bir çox yerlərdən uzaqlaşdırdı.

-Hal-hazırda nə işlə məşğulsunuz, dolanışığınız necədir?
-Hazırda vəziyyətim heç də ürəkaçan deyil. Çünki kirayə verirəm, uşaqlarımı bağçaya qoymuşam.Nəşriyyatların biri ilə əməkdaşlıq edirəm.Rus dilini yaxşı bildiyim üçün nəşriyyata tərcümələr edib verirəm.Bundan başqa uşaqlıqdan hobbim olan toxuculuqla məşğulam.Kimsə uşağı üçün, doğması üçün nəsə sifariş edəndə şərf, papaq, əlcək, köynək toxuyuram.

-Gələcəklə bağlı planlarınız varmı?

-Əlbəttə, var. Planlarım böyükdür.Çünki mən başıma gələnlər, daha dəqiq gətirilənlər barədə, ümumiyyətlə, məişətimizdə baş verən bu kimi hallardan bəhs edən bir kitab hazırlayıram.Kitabda gənc ailələrin başına gəlməsin deyə bəzi məqamlara da aydınlıq gətirmişəm.Övladlarımı böyütmək, onlara təhsil vermək, onlar üçün yaşamaq istəyirəm.
Zorakılıq qurbanı olan gənc qadın:"Qayınanam deyirdi ki, gəlin oturub çörək yeməz"- FOTOLARZorakılıq qurbanı olan gənc qadın:"Qayınanam deyirdi ki, gəlin oturub çörək yeməz"- FOTOLARZorakılıq qurbanı olan gənc qadın:"Qayınanam deyirdi ki, gəlin oturub çörək yeməz"- FOTOLAR

Xəbərlər     Baxılıb: 2136   Tarix: 15 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qocalmanı sürətləndirən üç gündəlik VƏRDİŞ

Mütəxəssislər bir çox insanın gündəlik həyatında fərqində olmadan etdiyi bəzi davranışların bədən hüceyrələrini sürətlə yaşlandırdığını bildiriblər. xəbər verir ki, araşdırmalara görə, aşağıdakı üç vərdiş qocalma prosesin

.

Sərhəd qoyan insanlar niyə daha cəlbedicidir? – Mütəxəssisin şərhi

Amerikalı psixoloq Mark Trevers münasibətlərdə sərhəd qoymağın əhəmiyyətindən danışaraq bildirib ki, yerində və aydın şəkildə deyilən "yox" bəzən "bəli"dən daha çox hörmət və cazibə yaradır. xəbər veri

.

Az siqaret çəkmək də öldürür- Erkən ölüm riski 60% artır

Gündə yalnız iki siqaret çəkmək belə ürək-damar xəstəlikləri riskini 50%-dən çox, erkən ölüm riskini isə 60% artırır.  xəbər verir ki, ABŞ-nin Johns Hopkins Universitetindən alimlərin araşdırması göstərir ki, özünü "sosia

.

Boğazınız ağrıyanda bahalı dərmanlara pul verməyin - 2 qəpiklik çarə

Britaniyalı otolarinqoloq Nirmal Kumar boğaz ağrısını azaltmağa kömək edən sadə və gözlənilməz üsullar barədə danışıb. xəbər verir ki, onun tövsiyələri "Daily Mirror" nəşri tərəfindən yayımlanıb. Həkimin sözlərin

.

Son zamanlar "8-12" yaş arası uşaqlarda bel və boyun ağrılarının səbəbi

"Son zamanlar 8-12 yaş aralığındakı uşaqlarda bel və boyun ağrıları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Halbuki, illər öncə uşaqlarda belə problemlər olmurdu. Bunu fizioterapevt Səidə Kərimova "Xəzə

.

Sızanaqların yaranmasının gözlənilməz səbəbi açıqlandı

Stress sızanaq yarada bilər. xəbər verir ki, bunu kosmetoloq Liliana Raditsa bildirib. Onun sözlərinə görə, stress zamanı kortizol səviyyəsi artır və bu, dəridəki hialuron turşusunu məhv edərək nəmlənmə və elastikliyi azaldır

.

"Tualet vərdişlərindəki dəyişiklik Alzheimerin başlanğıcı ola bilər"

ÜST-ün məlumatına görə, hazırda dünyada təxminən 55 milyon insan demensiya ilə yaşayır. Bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-də isə 139 milyona çatacağı proqnozlaşdırılır. Türkiyədə isə Alzheimer xəstələrinin sayını

.

Ziyansız kimi görünüb, zəhər saçan içkilər açıqlandı

ABŞ-li kardioloq Dmitri Yaranov illərlə tibbdə çalışdıqdan sonra bir daha heç vaxt dietik qazlı içkilərə toxunmayacağını açıqlayıb. xəbər verir ki, həkim "sıfır şəkər" ifadəsini qablaşdırma üzərindəki "ən böyü

.

Aspirin hamilələr üçün faydalıdır?

Son illərdə hamilə qadınlar arasında aspirin istifadəsi barədə maraq artıb.  xəbər verir ki, tibbdə bəzi hallarda aşağı dozalı aspirin hamiləlik dövründə müəyyən faydalar verə bilər. Mütəxəssislərin sözlərinə görə, aşağ

turlar.az

yemek reseptleri qis geyimləri 2025 sade makiyaj sekilleri terminlər qaymaqlı krem zorlama qadın psixologiyası kosmetika usaq seirleri baldıza aid hakışta kahfe kali oglan evi gülməli hakıştalar