104 yaşlı loğmandan sağlamlıq sirləri - Ayaqyaylın torpaqda gəz, suya yaxın ol, sərin yerdə yat

104 yaşlı loğmandan sağlamlıq sirləri - Ayaqyaylın torpaqda gəz, suya yaxın ol, sərin yerdə yatRusiyada müdrikliyi, loğmanlığı və sağlam uzun ömür sürməsi ilə məşhur olan 104 yaşlı Andrey Voroninin uzun və sağlam həyat üçün qiymətli məsləhətlərindən ibarət kitabı çap olunub. Bu müdrik qocanın sözləri yüz ilin sınağından keçib.

Xanim.az Medicina.az-a istinadən kitabdan ən yaxşı 20 məsləhəti seçib, diqqətinizə çatdırır. Onlardan heç olmasa onuna əməl etsəniz, həyatınız dəyişəcək.

1. Bu vərdişə adət et: həftədə heç olmasa 1-2 dəfə torpaq üzərində 5-10 dəqiqə ayaqyalın dayan, gəz. Torpağa enerjini ver, onun səni çağıracağı və qoynuna alacağı günü gözləmə. Nə qədər yaşayırsan, onunla ünsiyyət qur. Elə ki, başını itirmisən, yorğunsan, əsəbisən, ayaqqabılarını, corablarını çıxar, hardasa bir quru torpaq varsa, get orada dayan.

2. Axar su, göl, dəniz, çay, şəlalə, fontan – fərqi yoxdur, harda su gördün, yaxınlaş, dayan və dinlə. Su artıq informasiyanı yuyur.

3. Xəstələndin, əsəbisən, halsızsan, acsan - təmiz su iç. Yaşadığın yerdə ən təmiz su hardadırsa, onu tap, al. Quyu varsa, ordan çək.

4. Hər dəfə ovcuna sığacaq qədər yemək ye. Artıq olmaz. Tez-tez ye, amma az-az ye.

5. Ayda bir gün aclıq günü elan et. O gün yalnız su iç

6. Çox isti evdə, otaqda oturma. Çox isti yataqda yatma. Özünü sərin havaya alışdır. Əl-ayaqların isti, başın sərin olsun. Bədən, dəri istidən quruyub qocalır.

7. Qoz ye. O insan beyninə oxşayır, ondan beynin güc alır.

8. Ruhun, ürəyin narahatdırsa, qəmlisənsə, gəzməyə get. Çöllükdə, meşədə, təbiətdə, su kənarında gəz, gəz. Su sənin kədərini aparacaq.

9. Mən heç vaxt kurortda dincəlməmişəm, bazar günü də yatmamışam. Əsl istirahət məşğuliyyətini dəyişməkdir. Sinirlər əllər işləyəndə dincəlir. Yazmaqdan, oxumaqdan yoruldun, torpaq bellə, odun qır, nəsə düzəlt.

10. Yemək yeyəndə su içmə.

11. Övladını kiçik yaşlarından həkimlərə, dərmanlara təslim etmək istəmirsənsə, onu təbiətə burax. Ayaqyalın torpaqda gəzsin, yağışda islansın.

12. Meyvə - tərəvəzi bıçaqla kəsmə, onda enerjisini itirir. Yaxşısı budur, bütöv ye, bütöv bişir. Soğanı, sarımsağı əz ye.

13. Əgər zəiflik, yorğunluq hiss edirsənsə, dincəl. Yeməkdən də dincəl. Hər şeydən dincəl və uzan yat.

14. Cavan, güclü qalmaq üçün bu resepti həftədə bir dəfə et. Səhər 8 ədəd qoz, 8 alma hazırla. Hər 2 saatdan bir alma, bir qoz ye. Başqa heç nə yemə. Axşama kimi onları bitir.

15. Həyatdan küsəndə, hər şey əlindən çıxanda, işləmək istəməyəndə, kök yeməyə başla. Hər gün kök ye.

16. Qrip, virusa tutulmamaq üçün sərin su ilə çim. Hər gün sarımsaq, soğan ye. Ayaqyalın gəz. Xəstələnəndə doyunca yat.

17. Gündə 1 dəfə 30 dəqiqə sükut saatı elan et. Heç kimə cavab vermə, heç kimlə danışma.

18. İnsanlara əsəbiləşmə, ittiham etmə, qınama. Ürəyini sevgi ilə doldur. Heç kimə əmr etmə, dəyişməyə cəhd etmə. Özünü ağıllı zənn etmə.

19. Yuxu dərmandır. Günəş insan üçün doğur. İnsan günəşlə oyanıb, işini gün doğanda başlayıb, gün batanda bitirməli və istirahətə çəkilməlidir. Axşam saat 10-dan sonra etdiyin hər şey ziyanınadır. O saatda sən artıq yatmalısan.

20. Çalış bişmiş yemək az ye. Gündə bir dəfə bişmiş, 3 dəfə çiy qidalar qəbul et. Hər yeməkdən sonra şükr et.

Xəbərlər     Baxılıb: 3556   Tarix: 25 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

geyim şəkilləri kosmetoloq qis geyimləri 2026 gözəllik və makiyaj qis salatlarinin hazirlanmasi salatlarin hazirlanmasi bezedilmesi dirnaqlar ucun maska kosmetika bahar qurd ve quzu novruz hakisdalari oyunlar vətən həsrətinə aid bayatılar