14 gündə bağırsaqlarınızı təmizləyin! - İnanılmaz mikrobiyom kürü...
Türkiyəli həkim Ümit Aktaş sağlam bağırsaq florasına sahib olmaq üçün 14 gün tətbiq edilən "mikrobiyom kürü"nü tövsiyə edib.
Milli.Az xəbər verir ki, Ümit Aktaş 14 günlük proqramda yeyilməli olanları sıralılayıb.
Həmçinin, bağırsaq floranızın yaxşılaşması üçün şüyüd, sarımsaq, soğan, pırasa, ənginar, qulançar, mərci, noxud, lobya, yerkökü, turp, kələm, brokkoli, pomidor, kartof, alma, banan, kətan toxumu və qoz yeməlisiniz.
ÜMİT AKTAŞIN MİKROBİYOM RESEPTİ
Məhsullar:
Yarım su stəkanı ev qatığı ya da kefir
1 ədəd avokado
1 ədəd orta boy qırmızı çuğundur
1 yemək qaşığı kətan toxumu
1 baş barmağı böyüklüyündə təzə zəncəfil
1 çay qaşığı sarıkök
2 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı ev sirkəsi
1 diş sarımsaq (istəyə görə)
1 az qaya duzu
Hazırlanışı:
Qırmızı çuğunduru qaynadıb, qabığını soyun. Bütün məhsulları blenderə qoyun və su halına gələnə qədər çalışdırın.
* Kürü mövsümünə, ağız dadınıza görə hazırlaya bilərsiniz. Qırmızı çuğundur yerinə, brokkoli, ispanaq ya da xiyardan istifadə edə bilərsiniz. Brokoli və ispanağı bişirmədən çiy olaraq istifadə etmək daha faydalıdır.
*Bir məsləhət: Qırmızı çuğunduru suda bişirib, qabığını qoyduqdan sonra soyuducuda saxlaya bilərsiniz. Kürü hazırladıqdan sonra soyuducudan çıxarıb istifadə edin. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi