2021-ci ilin qaş trendləri -FOTOLAR

2021-ci ilin qaş trendləri -FOTOLARXanımlar qalın və dəqiq konturlu qaşları çox sevir. Çünki belə qaşlar almacıqları vizual olaraq daha incə görünməyini təmin edir. Bəzi xanımlar öz təbii qaşlarına əl vurmadığı halda, bəziləri isə süni yollarla qaşlarını qalınlaşdırıb üzündə təbii görünüş əldə etməyə çalışır.
İncə qaşlar qalınlaşdırıldı. Makiyaj və ya qalıcı maddələrin tətbiqi ilə daha da vurğulandı. Nə qədər qalın, nə qədər qara, bir o qədər cəlbedici qaş meydana gəldi.
Əlbəttə, təbiiliyi əvəz edəcək bir şey yoxdur. Ancaq son zamanlarda biraz fərqli qaş modelləri gündəmə gəldi, çünki üzündəki tək diqqət nöqtəsinin qaş olması insana sərt bir ifadə qatdığı qənaətinə gəlindi.
Boşluqları doldurulmuş, döyməli, yuxarıya doğru daranmış qaşları daha təbii şəkildə təmizlənən, təbii boşluqları olan seyrək qaşlar əvəz etməyə başladı.
Sonra bir addım daha atıldı və xanımlar qaşlarının rəngini açmaq üçün internetdə axtarışa başladılar.
Bunu "Pinterest"in 2020-ci il axtarışlarından bilirik. Rəngi açılmış və görünməz kimi qaşlar haqqında çox axtarış aparılıb.  İnsanlar açıq rəngli qaşların necə görünəcəyini  görmək istəyirdilər.
Açıq rəngli qaşların diqqəti cəlb etməsinin ən vacib səbəbi, şübhəsiz moda nümayişləridir.
Son illərdə bir çox marka moda nümayişlərində qaşları açıq rəngdə olan modellərdən istifadə edilir. Belə olduqda modellərin üzləri daha ifadəsiz olur.
Tamamilə ağardılmış qaşlar əlbəttə ki, olduqca risklidir. Xüsusilə platin saçlı və ağ dərili insanlara yaraşan bu qaşların insanı solğun və xəstə göstərməsi bir həqiqətdir.
Bunun üçün xüsusi qaş boyaları da mövcuddur. Bəzi insanlar qaşlarına soda və limon tətbiq edir, daha sonra günəşdə gözləyərək qaşlarının rəngini açır. Amma bunu da tətbiq edərkən diqqətli olmaq lazımdır. Səhv açsanız, həftələr boyunca qəribə rəngli qaşlarınızla yaşamalı olacaqsınız.
Qaş rəngini ən düzgün şəkildə necə açacağınızı soruşsanız, ehtiyatlı olmağı unutmalısınız deyəcəyik. Əlbəttə ki, qaşlarınızı tamamilə üzünüzdən silmək və ya yumurta sarısı qaşlarını almaq istəmirsinizsə, qaş boyasından və ya allergiyanız yoxdursa, saçınızın rəngindən bir neçə ton daha açıq olan saç boyası istifadə etmək yaxşıdır. Boyanın kül tonlarında olması çox vacibdir.
Kiçik bir qabda fındıq ölçüsündə boyanı eyni nisbətdə (bir neçə damla) oksidanla qarışdırıb qulaq çöpü ilə tətbiq edə bilərsiniz.
Qaşınızın hər yerinə tətbiq etdikdən sonra açılmağa başlayandan dərhal sonra yoxlamalı və yuyulmalısınız. Bunun üçün orta hesabla 1 dəqiqə kifayət edəcəkdir. Qaşlarınızı yuduqdan sonra yoxlaya bilərsiniz və istədiyiniz miqdarda açılmayıbsa, eyni şeyi yenidən edə bilərsiniz. Çox açılan qaş rənginin yenidən əvvəlki kimi olmaması səbəbindən bu üsul daha məntiqli olacaqdır.
Boyamaq istəməyənlər üçün makiyajla qaş rəngini açma üsulu da var. Qaşlarınızı tonal krem və ya örtücü ilə rəngini dəyişdikdən və üzərinə pudra tətbiq etdikdən sonra öz qaş rənginizdən açıq tonda olan qələm ilə vurğulaya bilərsiniz.

/gencaile.az

Gözəllik və Moda     Baxılıb: 6450   Tarix: 17 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

turlar.az

reseptler toy makiyaji sekilleri toy makiyajlari çimərlik dəbi cinsi zəiflik dondurma genc aile kosmetika sağlamlığın sirleri xocali efsaneler vetene aid bayati suni mayalanma