2022-ci ildə sağlam qalmaq üçün 20 super məsləhət

2022-ci ildə sağlam qalmaq üçün 20 super məsləhətRusiyada müdrikliyi, loğmanlığı və sağlam uzun ömür sürməsi ilə məşhur olan 104 yaşlı Andrey Voroninin uzun və sağlam həyat üçün qiymətli məsləhətlərindən ibarət kitabı çap olunub. Bu müdrik qocanın sözləri yüz ilin sınağından keçib.
Milli.Az medicina.az-a istinadən onun kitabından ən yaxşı 20 məsləhəti seçib, diqqətinizə çatdırır. Onlardan heç olmasa onuna əməl etsəniz, həyatınız dəyişəcək.
1.Bu vərdişə adət et: həftədə heç olmasa 1-2 dəfə torpaq üzərində 5-10 dəqiqə ayaqyalın dayan, gəz. Torpağa enerjini ver, onun səni çağıracağı və qoynuna alacağı günü gözləmə. Nə qədər yaşayırsan, onunla ünsiyyət qur. Elə ki, başını itirmisən, yorğunsan, əsəbisən, ayaqqabılarını, corablarını çıxar, hardasa bir quru torpaq varsa, get orada dayan.
2. Axar su, göl, dəniz, çay, şəlalə, fontan - fərqi yoxdur, harda su gördün, yaxınlaş, dayan və dinlə. Su artıq informasiyanı yuyur.
3. Xəstələndin, əsəbisən, halsızsan, acsan- təmiz su iç. Yaşadığın yerdə ən təmiz su hardadırsa, onu tap, al. Quyu varsa, ordan çək.
4. Hər dəfə ovcuna sığacaq qədər yemək ye. Artıq olmaz. Tez-tez ye, amma az-az ye.
5. Ayda bir gün aclıq günü elan et. O gün yalnız su iç
6. Çox isti evdə, otaqda oturma. Çox isti yataqda yatma. Özünü sərin havaya alışdır. Əl-ayaqların isti, başın sərin olsun. Bədən, dəri istidən quruyub qocalır.
7. Qoz ye. O insan beyninə oxşayır, ondan beynin güc alır.
8. Ruhun, ürəyin narahatdırsa, qəmlisənsə, gəzməyə get. Çöllükdə, meşədə, təbiətdə, su kənarında gəz, gəz. Su sənin kədərini aparacaq.
9. Mən heç vaxt kurortda dincəlməmişəm, bazar günü də yatmamışam. Əsk istirahət məşğuliyyətini dəyişməkdir. Sinirlər əllər işləyəndə dincəlir. Yazmaqdan, oxumaqdan yoruldun, torpaq bellə, odun qır, nəsə düzəlt.
10. Yemək yeyəndə su içmə.
11. Övladını kiçik yaşlarından həkimlərə, dərmanlara təslim etmək istəmirsənsə, onu təbiətə burax. Ayaqyalın torpaqda gəzsin, yağışda islansın.
12. Meyvə - tərəvəzi bıçaqla kəsmə, onda enerjisini itirir. Yaxşısı budur, bütöv ye, bütöv bişir. Soğanı, sarımsağı əz ye.
13. Əgər zəiflik, yorğunluq hiss edirsənsə, dincəl. Yeməkdən də dincəl. Hər şeydən dincəl və uzan yat.
14. Cavan, güclü qalmaq üçün bu resepti həftədə bir dəfə et. Səhər 8 ədəd qoz, 8 alma hazırla. Hər 2 saatdan bir alma, bir qoz ye. Başqa heç nə yemə. Axşama kimi onları bitir.
15. Həyatdan küsəndə, hər şey əlindən çıxanda, işləmək istəməyəndə, kök yeməyə başla. Hər gün kök ye.
16. Qrip, virusa tutulmamaq üçün sərin su ilə çim. Hər gün sarımsaq, soğan ye. Ayaqyalın gəz. Xəstələnəndə doyunca yat.
17. Gündə 1 dəfə 30 dəqiqə sükut saatı elan et. Heç kimə cavab vermə, heç kimlə danışma.
18. İnsanlara əsəbiləşmə, ittiham etmə, qınama. Ürəyini sevgi ilə doldur. Heç kimə əmr etmə, dəyişməyə cəhd etmə. Özünü ağıllı zənn etmə.
19. Yuxu dərmandır. Günəş insan üçün doğur. İnsan günəşlə oyanıb, işini gün doğanda başlayıb, gün batanda bitirməli və istirahətə çəkilməlidir. Axşam saat 10-dan sonra etdiyin hər şey ziyanınadır. O saatda sən artıq yatmalısan.
20. Çalış bişmiş yemək az ye. Gündə bir dəfə bişmiş, 3 dəfə çiy qidalar qəbul et. Hər yeməkdən sonra şükür et.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 08 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

turlar.az

sac duzumleri aksessuarlar qis geyimləri 2026 şirniyyat müsabiqələr cəmiyyət bizim mətbəx kosmetika əfsanələr həmidə gozde olar intim dovsan