2040-cı ildə Azərbaycanı hansı fəlakət gözləyir?

2040-cı ildə Azərbaycanı hansı fəlakət gözləyir?2040-cı ildə dünyanın ən çox su qıtlığı və quraqlıqla üzləşəcək ölkələrinin reytinqi siyahısında Azərbaycanın da adı var. Təəssüf ki, ölkəmizin su ehtiyatları tükənmək üzrədir və bu siyahıda ilk 20-likdədir.
Medicina.az xəbər ki, Endryu Meddoks, Robert Yanq, Pol Reyqin müəllifi olduğu Dünya Resursları İnstitutunun dərc etdiyi 2016-cı ilin hesabatında ciddi su qıtlığı yaşayacaq ölkələr və böhranın səbəbləri göstərilib.
Yaxın bir neçə onillikdə dünyanın suya olan tələbatının artacağı gözlənilir. Sürətlə artan əhali insanların, təsərrüfatların və şirkətlərin su sərfiyyatının artmasına səbəb olacaq. Daha çox insan şəhərlərə köçəcək, bu da təchizatı daha da çətinləşdirəcək. İnkişaf etməkdə olan orta sinif, daha çox su tələb edən qida istehsalı və elektrik enerjisi istehsalı üçün mənbələr axtaracaq.
Amma bu suyun haradan gələcəyi bəlli deyil. İqlim dəyişikliyindən bəzi ərazilərin daha quru, digərlərinin isə daha rütubətli olacağı gözlənilir. Bəzi bölgələrdə həddindən artıq yağıntılar artdıqca, təsirə məruz qalan icmalar quraqlıq və daşqınlardan daha böyük təhlükələrlə üzləşirlər.
2040-cı ildə Azərbaycanı hansı fəlakət gözləyir?Su təchizatı və tələbinin dəyişməsi qaçılmaz olsa da, bu dəyişikliyin bütün dünyada necə görünəcəyi dəqiq deyil. WRI tərəfindən ilk dəfə edilən analiz məsələyə yeni işıq salır.
İqlim modelləri və sosial-iqtisadi ssenarilərdən istifadə edərək, WRI 2020, 2030 və 2040-cı ilə qədər 167 ölkədə su stressini - rəqabət və səth sularının tükənməsini qiymətləndirərək, ölkələrin reytinqini hazırlayıb.
"Biz müəyyən etdik ki, Çili, Estoniya, Namibiya və Botsvana 2040-cı ilə qədər su qıtlığında xüsusilə nəzərəçarpacaq artımla üzləşə bilər. Bu o deməkdir ki, bu ölkələrdəki müəssisələr, təsərrüfatlar və icmalar qıtlığa bugünkündən daha həssas olacaq".
2040-cı ildə ən çox su stresinə məruz qalan 33 ölkədən 14-ü Yaxın Şərqdədir, o cümlədən 5.0 baldan 5.0 balla son dərəcə yüksək stresli hesab edilən doqquzluğa bu ölkələr daxildir: Bəhreyn, Küveyt, Fələstin, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Səudiyyə Ərəbistanı, Oman və Livan. Azərbaycan bu siyahıda 18-ci yerdədir.
Qeyd edək ki, bu siyahı ardıcıllığı 2025, 2030-cu illərdə dəyişə və bəzi ölkələrdə göstəricilərdə irəli keçə bilər.
İnstitut hökumətləri milli su təhlükəsizliyi və milli iqlim fəaliyyəti planlarını irəli sürməyi, beynəlxalq iqlim sazişinin tələblərinə əməl edib onu dəstəkləməyə çağırıb.
2040-ci ilə isə 18 il qalıb. Azərbaycanda şirin su mənbələrinin qorunması, yaradılması və ya dəniz suyunun istifadəyə yararlı suya çevrilməsı istiqamətində milli proqramın olub-olmaması və hansı işlər görülməsi ictimaiyyətə bəyan olunmur.
Dünya bizim təhlükədə olduğumuzu deyir və açıq göstərir, bəs biz 2040-cə ildə nə edəcəyik?
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 977   Tarix: 18 fevral 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy gecesi toy makiyajlari aksessuarlar xina ucun hakistalar hamileliyin elametleri sevinc tofiqqızı dondurmalar kosmetika kondom webnem tovuzlu novruza aid hakistalar eqreb sanama