"23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən..."-Faciəvi şəkildə ölən idmançımızın anası

Livanda avtomobil qəzası nəticəsində dünyasını dəyişən idmançımız Xəzər Əliyevin anası onun yoxluğuna alışa bilmir.

Xanim.az BiG.AZ-a istinadən xəbər verir ki, hər gün balasının məzarını ziyarət edən ana bircə oğlunun fotolarına baxıb ah-nalə edir.

Oğul dərdi çəkən ananın fəryadını öz dilindən təqdim edirik:

"Ömrümün şah əsəri Xəzərim. Kaş zamanın təkəri geri dönərdi. Kaş həyatın acı hökmü olmayaydı. Ölüm - adı kimi özü də qaranlıq dünyadır. Hər şeyə son qoyur. Həyat çox acımasızdır. Talehin yazısına bax: 23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən. Hər gün dərin hisslərə qapanıram. Birdən dəli kimi oyanıram. İlahi, mən bir də Xəzəri görməyəcəyəm, bir də balamın səsini eşitməyəcəyəm. İçimdən dəli fəryad qopur. Aslan kimi oğulu itirdim. Özü də necə bir oğul. Hər bir valideynin arzuladığı ağıllı, ideal, mükəmməl bir övlad. Tanrı kişiyə xas olan ən gözəl keyfiyyətləri Xəzərin üzərində cəmləmişdi. Xəzər üçün gözəl xəyallar qurdum, xəyallar içimdə dondu. Oğlumla fəxr edirdim. Təəssüf ki, bütün arzular gözümdə yaşa döndü. 23 yaşında qısa bir ömür. Həyat dolu coşqun Xəzərim. Sənə nə qədər düşkün olduğumu bilirdin. Səni hər dəqiqə itirəcəyimdən qorxurdum. Hərdən mənə elə gəlir ki, səni kitablarda oxumuşam. Ən qiymətli əsərin qəhrəmanı kimi. Vətənpərvər, Azərbaycanını çox sevən Xəzərim...".

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəzər Əliyevi 27 avqust tarixində Beyrutda avtomobil vurub, nəticədə o, dünyasını dəyişib.
"23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən..."-Faciəvi şəkildə ölən idmançımızın anası"23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən..."-Faciəvi şəkildə ölən idmançımızın anası"23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən..."-Faciəvi şəkildə ölən idmançımızın anası"23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən..."-Faciəvi şəkildə ölən idmançımızın anası"23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən..."-Faciəvi şəkildə ölən idmançımızın anası

Xəbərlər     Baxılıb: 1993   Tarix: 18 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

adlarin menasi donlar 2026 geyim şəkilləri uz maskalari qadinlar haqqinda maraqli melumatlar kişi xəyanəti yoğun bağırsaq xəstəlikləri kosmetika faydalı maskalar opusme uşaq nece olur vətən həsrəti hekaye janri