3 faydalı ənənəvi yağ - kərə, əridilmiş və piy

3 faydalı ənənəvi yağ - kərə, əridilmiş və piyƏsrlər boyu əcdadlarımızın faydalandığı bir sıra ənənəvi yağlara 50 ildən artıq bir vaxt ərzində müasir tibb tərəfindən "zərərli" damğası vurularaq insanlara rasionlarından çıxarılması tövsiyyə edilirdi.
Lakin son zamanların araşdırmaları təbii yağların faydalarını bir daha sübut edərək, şübhələrin və tənqidlərin "qara buludlarını" dağıtmaqdadır. Məsələn, dünyada rəğbət qazanan "TIME" jurnalının yağlar haqda müxtəlif illərdə nəşr etdiyi məlumatların təkamülü: 1961-ci ildə yağların zərəri barədə xəbərdarlıq, 1984-cü ildə yağın tərkibindəki xolesterolun ziyanı haqda məlumat və nəhayət 2014-cü ildə "Yağ yeyin" deyə təbii yağların faydası haqda bundan öncəki illərdə verilən məlumatların təkzibi.
Ənənəvi yağlar marqarin və bitki yağı istehsalçılarının çoxsaylı təbliğatları və reklamlarının nəticəsi kimi uzaq durulan, yeyilməsi ziyanlı olan bir qidaya çevrildi. Əslində isə fabrikalarda istehsal olunan bitki yağları və marqarin heç  də göründüyü kimi günahsız deyil. Araşdırmalar nəticəsində sintetik əsasları olan marqarinin və ifrat dərəcədə emal olunmuş bitki yağlarının kanserogen təsirləri sübut olunmuşdur.
Əsas günahkar kimi göstərilən isə təbii yağların tərkibindəki xolesteroldur. Otla bəslənilmiş, GMO-lar verilməyən heyvanlardan alınan təbii yağların tərkibindəki emal edilməmiş xolesterolun bir sıra mühüm bioloji faydaları mövcuddur:
- Stres, ürək xəstəlikləri və xərçənglə mübarizə aparan hormonları balanslaşdırır.
- Bütün cinsi hormonların bədəndə istehsalı üçün mühüm materialdır.
- Həyati vacib olan vitamin D-nin bədən tərəfindən sovrulmasında xolesterol mühüm rol oynayır.
- Qaraciyər və mədə-bağırsaq sisteminin fəaliyyəti üçün önəmlidir.
- Güclü antioksidantdır-sərbərt radikalların toxumaları zədələməyinin qarşısını alır.
- Beynin fəaliyyəti və psixoloji durumun sabitliyi üçün mühümdür.
- Zədələnmiş hüceyrələrin bərpası üçün vacibdir.
Təbii ənənəvi yağların üstünlükləri
Əridilmiş (el arasında "ərinmiş") yağdan qədim zamanlarda həm dərman, həm təmizləyici maddə, həm də qida kimi istifadə edilibdir. Ərinmiş yağda A, D, E və K2 kimi vitaminlər mövcuddur. Ərinmiş yağ çətin parçalandığına görə əksər hallarda onu saxlamaq üçün soyuducuya ehtiyac duyulmur. Onu da qeyd edək ki, otla bəslənən inəklərdən əldə edilmiş yağda xərçəng əleyhinə olan turş yağlar var. İfrata varmadan, miqdarında istifadə edilən bu yağ eyni zamanda artıq çəkidən əziyyət çəkənlərin çəkisinin aşağı salınmasında böyük rol oynayır. Yüksək yanma və tüstülənmə dərəcəsinə malik olduğundan qızartmalar üçün idealdır.
Kərə yağı inək, qoyun, keçi və camış südündən əldə edilir. Zülal, vitamin və minerallar baxımından olduqca zəngin və qidalandırıcıdır. Kanadada aparılan araşdırmalara əsasən kərə yağın ürək xəstəlikləri  riskini aşağı salması, davamlı olaraq  istifadəsi bədəndəki yağ balansını qoruduğunu, mədə-bağırsağlarda yara olmasının qabağını  aldığı isbat olunmuşdur. Ot yeyən inəklərdən itehsal olunmuş kərə yağı xərçəng əleyhinə maddələrlə, həmçinin A1, B1, B2 və s.maddələrlə zəngindir. Qızartmalardan başqa bütün qalan bişirmə növləri xüsusən qənnadı üçün yararlıdır.
Piy yağı ürəyin sağlamlığı üçün xeyirlidir. Qəbul etməliyik ki, uzun illərdir "Piydə yuxarı göstəriciyə malik xolesterol var, və bu ürək xəstəliklərinin əsas səbəblərindəndir" fikrinə inanmışıq. Halbuki bizim ulu nənə-babalarımız yüksək miqdarda piy istifadə etmələrinə baxmayaraq, ürək xəstəliklərinə az rast gəlirdilər. Əslində piy sağlam pəhrizin əsasını təşkil edir. "Amerikanın Klinik Qidalanma" jurnalının 300.000 insan üzərində keçirtdiyi araşdırmaların nəticəsində doymuş yağların ürək xəstəliklərinin riskinin artmasında heç bir səbəbinin olmadığı aşkarlanmışdır. "Qadın Sağlamlığının Təşəbbüsü" araşdırma mərkəzi klimaks dönəmini keçmiş 50.000 qadını 2 qrupa bölüb birinci qrupa normadan az, ikinci qrupa isə normada yağ qəbul etməsini istədi. 8 il keçən araşdırma nəticəsində hər iki qrup insanların heç birinin nə ürək, nə də xərçəng xəstəliklərində bir fərqliliyin olmadığı nəticəsinə gəldi.
Müəllif: Səbinə Kərimova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1022   Tarix: 21 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

donlar 2026 qadin sayti kosmetoloq qaraciyər tənəffüs orqanları baş gicəllənməsi sobada toyuq qizartmasi kosmetika fitat oğlan evine aid hakisda yuxuda qara ilan gormek novruz hakistasi ariqlamaq