3 gündə 3 kq arıqladan qarpız pəhrizi
Üç günlük qarpız pəhrizi üç kiloqram arıqlamağa kömək edə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, dietoloq Marqarita Koroleva deyib.
Onun sözlərinə görə, qarpız bütün faydalı xüsusiyyətlərə malik olan aşağı kalorili bir məhsuldur.
"10 kiloqram artıq çəkisi olanlar pəhriz zamanı 1 kiloqram yarım qarpız yeyə bilərlər. Kişilər üçün bir az daha çox - 1,7 kiloqram ola bilər.
Bu miqdarı altı hissəyə bölmək, oyandıqdan sonrakı ilk saatdan axşam saat 7-yə qədər bərabər paylamaq lazımdır", - deyə o izah edib.
Həkim bundan əlavə, hər gün 2-2,5 litr su içməyin vacib olduğunu bildirib.
O, pəhrizi 3 gündən artıq davam etdirməyi məsləhət görməyib.
Milli.Az









Hakışta
Qadınları orqazma çatdıran 7 seks pozası
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Həftə ərzində az yatırsınızsa, bunu edin
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
Bu yaşdan sonra ərə baxa bilmərəm' - Renka
Serdar Ortaç illər sonra etiraf etdi
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Elgiz yeni verilişinin tarixini açıqladı