40 dərəcə havada istiliyə qarşı necə davranmalı?
Bu gün ölkə ərazisində temperaturun 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Mütəxəssislər əhaliyə xüsusilə günün isti saatlarında açıq havada uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edirlər.
Milli.Az xəbər verir ki, Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 4-də havanın temperaturu bəzi bölgələrdə 38-40 dərəcəyə çatacaq. Belə şəraitdə günvurma halları müşahidə oluna bilər.
İsti havada özünüzü qorumaq üçün tövsiyələr:
Günorta saatlarında (11:00-17:00 arası) birbaşa günəş şüasından uzaq durun.
Bol maye qəbul edin, xüsusilə su içməyə diqqət yetirin.
Açıq rəngli, yüngül və nəfəsalan geyimlərə üstünlük verin.
Fiziki fəaliyyəti günün sərin saatlarına salın.
Kondisioner olmayan məkanlarda pəncərələri kölgələndirin və havalandırma təmin edin.
Uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar isti havada daha həssas olduqları üçün xüsusi diqqət yetirilməlidir.
Qeyd edək ki, havaların bu cür isti keçməsi bəzi insanlar üçün sağlamlıq baxımından risk yarada bilər. Hərarətli havalarda bədən temperaturunu nizamlamaq çətinləşdiyindən, başgicəllənmə, ürəkbulanma, tərləmə və halsızlıq kimi əlamətlər müşahidə oluna bilər.
Asya
Milli.Az









Qara zirə (Çörək otunun) faydaları
Qaravəllilər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Çox öskürənlər bunu oxusun
Bu yaşda ət yemək ömrü uzadır