400 minlik toyu olan Aysel: "...əxlaqsız qadın olduğumu deyib"

400 minlik toyu olan Aysel: "...əxlaqsız qadın olduğumu deyib"Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Xanim.az-ın lent.az-a istinadən məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır.

Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. İş üzrə zərərçəkən də Aysel Şükürovanın ikinci həyat yoldaşı Oqtay Əhmədovdur.

İstintaqa şahid qismində ifadə verən Aysel Şükürova bildirib ki, Elşən Əsgərli ilə 2012-ci ildə ailə həyatı qurub: "2016-ci ildə rəsmi şəkildə boşanmışıq. Həmin nikahdan 1 övladımız olub. 2016-cı ildə Oqtay Əhmədovla ailə qurmuşam".

Məmur qızı istintaqda qeyd edib ki, Elşənlə evləndikdən bir müddət sonra onların arasında münasibət pozulmağa başlayıb: "Münasibətimiz pisləşəndən sonra Elşən mütəmadi olaraq məni döyürdü. Ailə arasında heç bir səbəb olmadan münaqişə yaradırdı. Lakin mən isə böyüklərimiz, qohumlarımız arasında pis olmamaq üçün bunlara dözürdüm və heç kimə demirdim. Lakin, 2015-ci ildə Elşənin mənə qarşı bu cür davranışına dözə bilmədim. Ayrılmaq qərarı verdim və həmin gündən həmin evdən çıxdım. 2016-cı ilin mart ayında rəsmi şəkildə Elşən Əsgərlidən ayrıldım. Lakin Elşən boşandıqdan sonra da məndən əl çəkmirdi. Mütamadi olaraq narahat edirdi. Sosial şəbəkələrdə məni şantaj edir, şəkillərimi paylaşaraq, yeni səhifələr yaradırdı. Oqtayla evlənəndən sonra bunlar daha da çoxaldı. Başladı barəmdə nəlayiq ifadələr yazmağa, məqsədi ailəmi dağıtmaq idi. Oqtayla nişanlı olduğum vaxt Elşən mənim barəmdə ona əxlaqsız qadın olduğumu demişdi. Məqsədi ailə qurmağıma əngəl yaratmaq idi".

Aysel Şükürova istintaqda hadisə günü ilə bağlı da danışıb. O, bildirib ki, 2017-ci il yanvarın 7-də Elşən Oqtay və əmisi Şahini görüşə çağırıb: "Onlar Gənclik metrostansiyası yaxınlığında görüşməyə vədələşiblər. Orda Elşən iki dostu ilə birlikdə Oqtayı döyüblər".

Şahid deyib ki, Elşənlə evli olan zaman atası ona 10-EA-*** serialı nömrə nişanını hədiyyə edib: "Həmin vaxtı təzə ailə qurmuşduq. Atam hər ikimizin baş hərfinə uyğun olaraq bu nömərni mənə bağışlamışdı. Həmin vaxtı nömrənin sənədləşəmə işləri ilə Elşən məşğul idi. Boşanandan sonra həmin nömrəni Elşəndən tələb etsəm də, qaytarmadı. Sonrada eşitdim ki, Elşən bizi tanıyanlara danışıb ki, bu nömrədəki "E "öz adıdır, "A" isə saxladığı fahişənin adı. Artıq bu söhbəti yoldaşım Oqtaya dedim. Oqtay da Elşənlə mübahisə edən zaman bu söhbəti yadına salıb, maşının üstündən həmin nömrəni söküb. Oqtayın həmin nömrəni götürməkdə heç bir tamah və başqa bir niyyəti olmayıb".

Qeyd edək ki, Qüdrət Şükürovun qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi haqqında mətbuatda məlumatlar yayılıb.

Xəbərlər     Baxılıb: 2050   Tarix: 26 aprel 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

donlar 2026 kosmetika mehsullari geyim seçimi dosabin xeyri qadin.az dogusun baslanmasi nişan və evlilik kosmetika englishdilində qulaq salam veten haqqinda bayati qızlıq pərdəsi novruz bayramina aid hakisdalar