500-dən çox qadını öldürən, insan əti yeyib azadlıqda gəzən cinayətkarlar

500-dən çox qadını öldürən, insan əti yeyib azadlıqda gəzən cinayətkarlarTəəssüf ki, "cinayət heç vaxt cəzasız qalmır" məsəli bəzən həyatda özünü doğrultmur. Məsələ burasındadır ki, dünyanın ayrı-ayrı ölkələrində ağır cinayətlər törətmiş bəzi cinayətkar hazırda azadlıqdadır. Onlardan bəziləri sərbəst həyat yaşayır, bəziləri isə bu günə kimi tapılmayıb.

İssey Saqava yaponiyalı hannibaldır. O, 1981-ci ildə tələbə yoldaşı Rene Hartevelt adlı qızı öldürərək iki gün ərzində onun ətini yeyib. Cəmi bir neçə ay həbsdə yatmış bu şəxs indi azadlıqdadır. İssey Saqavanı film çəkilişlərinə dəvət edirlər.

Ailəsi varlı olduğundan həbsxanada uzun müddət yatmayan bu şəxs hazırda qəzetdə çalışır.

1993-ü ildən bəri Meksikanın Ciudad Juarez şəhərində 500-dən çox qadın öldürülüb. Onların meyitlərinin üzərindəki zorakılıq əlamətlərinin bir-birinə oxşaması, əl izləri cinayətlərin eyni şəxs tərəfindən törədildiyini göstərir. Kimliyi məlum olmayan bu qatil hələ də azadlıqdadır.

Alonso Pedro Lopez adlı kolumbiyalı qatil də qatı cinayətkarlardandır. 8 yaşında anası tərəfindən bacısı ilə sekslə məşğul olmağa vadar edilən bu şəxs böyüyəndən sonra Ekvadorda 53, Peru və Kolumbiyada 240 nəfər olmaqla, ümumilikdə 350 nəfəri seksual zəmində qətlə yetirib.

Cinayətlərini könüllü boynuna alan bu şəxsin gizli məkanından zorlanmış onlarla qadın və qızın meyiti aşkar edilib.

Kriminal aləmdə "Andres canavarı" ilə məşhurlaşmış Alonso Pedro Lopez hazırda sərbəst gəzir. Maraqlı olan təkcə bu deyil. Qəribə olan odur ki, Lopez zorlayıb öldürdüyü hər qadına, hər qıza görə heç 1 ay həbsdə yatmayıb.

Uşaqları zorlamış cinayətkar, 2002-ci ildə Kolumbiyada həbs edilmiş bu manyak cəmi 3 il azadlıqdan məhrum edilib. O da azadlıqda olan cinayətkarlar sırasındadır. Üstəlik, "Andres canavarı"nın yerini heç kim bilmir.

"Kəraçi uşaq qatili" bu günə kimi şəxsiyyəti məlum olmayan, Pakistandan olduğu güman edilən qatı cinayətkarlardandır. Onun cinayət menüsündə təkcə 2012-2013-cü illərdə 15 uşaq var. "Kəraçi uşaq qatili" o qədər təhlükəli cinayətkardır ki, onun fəaliyyət göstərdiyi şəhərdə valideynlər öz uşaqlarını yanlarında yatırır, bəziləri hətta gecələr oyaq qalır.

Finlandiyada doğulmuş, psixi problemləri olan Nikita Fougantin ilk cinayətini hələ 22 yaşında törədib. Ər-arvadı, onların oğullarını qanlarına qəltan edən psixopat həmin cinayət əməlinə baxmayaraq, azadlığa buraxılıb. Lakin bundan sonra da bir neçə dəfə həbs edilib.

Nikita Fougantin 20 illik həbs cəzası müddətində 5 dəfə məhbəsdən qaçmağa müvəffəq olub. Axırıncı dəfə qaçdıqdan sonra ələ keçməyib. Hardasa gizlənən bu qatil axtarışa verilib.

Avtomobil cinayətkarları qrupu – bu şəxslər ABŞ-da fəaliyyət göstərirlər. Bu qəbildən olan cinayətləri qadın alveri ilə məşğul olan şəxslər həyata keçirirlər.

Avtomobillərin içində tapılmış meyitlərin üzərindəki zorakılıq əlamətləri bu qəddarlıqların eyni şəxslər tərəfindən edildiyini göstərir. Cinayətkarlar meyitləri parçalayıb hərəsini bir tərəfə atırlar.

Qatı cinayətkarların fəaliyyət dairəsi o qədər böyükdür ki, ABŞ-ın Federal Təhqiqat Bürosu da bununla bağlı geniş təhqiqatlara başlayıb.

40 insanı xüsusi amansızlıqla qətlə yetirmiş, bəzilərinin ətini yemiş "Metal pəncə" ləqəbli Nikolay Djumaqalayev Qazaxıstanda doğulmuş qatı cinayətkarlardandır. "Ov etməyi sevirəm" deyən hannibal qadınları qətlə yetirməkdən xüsusi həzz aldığını bildirir. İlk cinayətini 1979-cu ildə reallaşdırmış hannibal qətlə yetirdiyi qadının ona müqavimət göstərməsindən, ağrıyaraq can verməsindən həzz aldığını deyir.

Onun 10 nəfəri öldürməsi sübuta yetirilib. Lakin digər cinayətləri sübuta yetirilməyib. 1979-cu ildə 5 qadını öldürmüş bu şəxs azadlığa çıxdıqdan sonra daha 4 nəfəri qətlə yetirib. İndi Nikolay Djumaqalayevin harda olması məlum deyil.

"Long İsland qatili" - əsl adı bu günə kimi məlum olmayan bu şəxs 1996-cı ildən bu günə kimi ABŞ-da qadınları qətlə yetirməklə məşğuldur. 19 ildir şəxsiyyəti müəyyənləşdirilməyən həmin qatil aralarında 15 fahişə də daxil olmaqla zərif cinsin onlarla nümayəndəsini qanına qəltan edib.

Bu cinayətkar qurbanlarının meyitlərini Nyu-Yorkda, "Long İsland"da parklara atıb getməsi ilə izlər buraxır. Buna görə ona "Long İsland qatili" adı verilib. Bir çoxları həmin qatilin polisin təhqiqat üsullarını bildiyini deyərək "Long İsland qatili"nin hüquq-mühafizə orqanlarında çalışdığını iddia edirlər. Onlar iddia edir ki, "Long İsland qatili"nin 19 illik cinayətlərinin açılmaması elə bununla əlaqədardır. Bu şəxs indi də azadlıdadır.

"Gülən üz" ləqəbi verilmiş naməlum qatil 90-cı illərin əvvəllərindən bu günə kimi 200-dən çox insanın məhvinə səbəb olub. Ona "Gülən üz" ləqəbinin verilməsi həmin cinayətkarın öldürdüyü adamların meyitlərini atdığı yerlərdə üzərində təbəssüm olan rəsmlər qoyub getməsidir.

"Meksika qatili" 2008-ci ildən bu günə kimi 44 nəfəri qanına qəltan edib. O, qurbanlarının bədənlərini bir neçə hissəyə bölərək onları boş ərazilərə və kanallara atır.

publika.az

Maraqlı     Baxılıb: 3388   Tarix: 26 dekabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

turlar.az

toy makiyajlari geyim necə seçməli donlar 2026 yeni dogulmus korpeye lazim olan esyalar üzə qulluq dirnaqlara qulluq qaydalari içkilər kosmetika şebnem tovuzlu englishdilində qulaq maska novruza aid aybawi