8 əşyanı uzun müddət evinizdə saxlamayın, çox zərərlidirlər

8 əşyanı uzun müddət evinizdə saxlamayın, çox zərərlidirlər1. Plastik qida qabları
Plastik qida qablarından hər bir evdə vardır. Onların çəkisi az və yuyulması asan olduğuna görə demək olar ki, hər bir evdə ondan itifadə edilir. Plastik qablarda bir çox qida məhsullarının saxlanılması artıq bir vərdiş halını alıb. Bəzən isə insanlar uzun yola çıxarkən yeyəcək qidalarını plastik qablarda yığırlar, bəzən isə soyuducuda saxlanılacaq qida məhsullarını bəzi qadınlar plastik qablara yığırlar.
Mütəxəssislər bunun zərərli olduğunu qeyd edirlər.Çünki, uzun müddət istifadə edilən plastik qabların üst təbəqəsi korlananır və patogen mikroorqanizmlər orada asanlıqla kök salıb yaşayırlar.
2. Hava təmizliyici aerozollar
Evlərdə istifadə edilən hava təmizliyicilərdən həm evlərdə, həm də iş yerlərində istifadə edilir. Onlar evə xoş ətir saçaraq evin havasını təzələyirlər. Mütəxəssislər isə hava təmizləyici aerozolların orqnizm üçün təhlükəli olduğunu sübut edib. Aerozollar insanlarda allergik xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
3. Köhnə ayaqqabılar
Köhnə ayaqqabı dedikdə ən çox idman ayaqqabıları və ev daxilində geyinilən ləpiklər nəzərdə tutulur. Çünki,ən çox idman ayaqqabıları öz təzəliyini itirir, nəm çəkir və insanın yerişinə təsir edir. Evdə geyinilən ləpiklər isə tərləyib nəm çəkir və onun daxilində göbələklərin əmələ gəlməsi üçün şərait yaranır. Buna səbəb isə həmin ayaqqabıların sitetik materiallardan hazırlanmasıdır.
4. Şəxsi gigiyena alətləri
Mütəxəssislər diş fırçasının, darağın, hamam moçalkalarının vaxtaşırı dəyişilməsini məsləhət görürlər. Çünki, bir müddət istifadə edildikdən sonra həmin alətlər əsil bakteriya mənbəyinə çevrilirlər.
5. Antibakterial sabunlar
Bütün antibakterial sabunların tərkibində triklozan vardır. Bu orqanizmi tiksiki mikroorqanizmlərdən, bakteriyalardan qoruyan bir maddədir. Antibakterial sabunlardan istifadə etmək orqanizmin bakteriyalara və mikroblara qarşı olan immunitetini aşağı salır. Buna səbəb isə triklozanın orqanizmin hormonal sisteminə təsir etməsidir.
6. Köhnə ədviyyatlar
Uzun müddət istiot, mixək, sarıkök, zirə, darçın, zəncəfil və bu kimi ədviyyatları saxladıqda onlar öz təravətlərinin itirir və keyfiyyətsiz olurlar. Mütəxəssislər bu səbəblərə görə köhnə ədviyyatları atmağı və onları müntəzəm yenisi ilə əvəz etməyi məsləhət bilirlər. Ən yaxşısı isə ədviyyatları az miqdar almaq lazımdır.
7. Oyuncaqlar
Köhnə və yumşaq oyuncaqları uzun müddət saxladıqda çirklənir və mikrob yuvasına dönür. Onlarda istifadə etmək azyaşlılar üçün təhlükəli olduğuna görə mütəxəssislər belə əşyaların təkrar istifadəsini məsləhət bilmirlər.
8. Yuyucu vasitələr
Duş jeli, sabun, şampun, qab yuyucu vasitələr və digər kimyəvi vasitələrin gündəlik istifadəsi orqanizmə istər-istəməz təsir edir. Bu cür kimyəvi vasitələr dərinin təbii qoruyucu qabiliyyətini azaldır və orqanizmə mənfi təsir edir. Bu səbəbdən də mütəxəssislər istifadə edilən yuyucu vasitələrin vaxtaşırı dəyişilməsi lazımdır.Uzun müddət eyni kimyəvi maddənin istifadəsi orqanizmə mənfi təsir edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1120   Tarix: 05 aprel 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

adlarin menasi geyim seçimi kosmetika mehsullari milli mətbəx qəbizlik sarimsaqla qurdun mualicesi dosabin xeyri kosmetika birlik baldıza aid hakışta qadin.az oglan evi rus dili 2ci ders