ABŞ peyvəndlərə olan kəskin allergiyanın səbəblərini araşdırır
ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutu (NIAID) 2021-ci ilin əvvəllərində "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan koronavirus peyvəndi ilə əlaqədar bəzi insanlarda kəskin allergik reaksiya səbəblərini araşdırmağa başlayacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqat eyni zamanda ABŞ-da istifadəsi təsdiqlənmiş "Moderna" peyvəndinə də təsir edə bilər.
Bildirilir ki, hazırda kəskin allergik reaksiya keçirmiş bir neçə yüz insanın iştirak edəcəyi ilkin araşdırma aparılır.
Allergiya, astma və tənəffüs yollarının biologiya şöbəsinin müdiri Elkis Togias deyib ki, "Yalnızca peyvəndlərə deyil, bir çox şeyə bənzər reaksiya göstərən alergik insanların artıq peyvənd edilməkdən qorxa biləcəyi bizi bir qədər narahat edir".
Keçən həftə ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş peyvəndə qarşı beş kəskin allergik reaksiyanın olduğu bildirilmişdi.
Mütəxəssislər hesab edirlər ki, hər iki peyvənddə olan polietilen qlikol adlı kimyəvi maddə allergiyaya səbəb ola bilər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu
Coninin səsi batdı - Konsertlər dayandırıldı
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA