Adi yerimə COVID-19-dan sonrakı şəkərli diabetdən azad olmaqda kömək edir

Adi yerimə COVID-19-dan sonrakı şəkərli diabetdən azad olmaqda kömək edirKoronavirus bəzi insanlarda qanda şəkərin səviyyəsinin təhlükəli dərəcədə yüksək olduğu şəkərli diabetin inkişafına səbəb ola bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəkərli diabet - qanda qlükozanın səviyyəsinin kəskin artması ilə xarakterizə edilən patoloji vəziyyətdir. Bu, bədənin insulin istehsal etməyə qadir olmadığı, kifayət qədər istehsal etmədiyi və ya hormonun lazımi qədər şəkər azaldan effekt vermədiyindən baş verir. Nəticədə qanda şəkərin səviyyəsi kritik dərəcədə yüksək ola bilər.
NHS səhiyyə xidmətinin məlumatına görə COVID-19 koronavirus infeksiyası xəstələrində şəkərli diabet inkişaf edə bilər. Xüsusilə, bu ağırlaşma uzunmüddətli COVID-19-dan əziyyət çəkməyə başlayan insanlara xas olur.
"Uzunmüddətli koronavirus insanlarda diabetik ketoatsidozun inkişaf etməyə başladığı səviyyəyə qədər qanda qlükozanın səviyyəsini artırır, bu, 1-ci tip şəkərli diabet olan pasiyentlər arasında yayılan həyat üçün potensial təhlükəli vəziyyətdir", - deyə Pennington Biotibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri bildirirlər.
Bəzi hallarda diabet COVID-19-u yüngül formada keçirən insanlarda inkişaf edir. Ekspertlərin sözlərinə görə insan COVID-19-u ağır formada keçirməyə bilər, lakin altı aydan sonra bu insanda diabet inkişaf etməsi mümkündür.
Diabetin simptomları: güclü susuzluq hissi, tez-tez sidiyə çıxma (xüsusilə gecə), səbəbsiz şiddətli yorğunluq, çəkinin itirilməsi, təkrarlanan kandidoz, bulanıq görmə, uzun müddət sağalmayan kəsiklər və s.
Eyni zamanda, "Məşğələlər və idman elmləri icmalı" (Exercise and Sport Sciences Reviews) jurnalında dərc edilmiş tədqiqat göstərir ki, adi yerimə də daxil olmaqla, fiziki fəallıq COVID-19-dan sonrakı şəkərli diabetin simptomlarından azad olmağa kömək edir.
"Məşğələlər qanda şəkərin səviyyəsinin artmasına, eləcə də diabetin inkişafına və ağırlaşmasına səbəb olan iltihabı aradan qaldırır. Yerimə də məşğələdir: gündə 30 dəqiqə yerimək lazımdır", - deyə mütəxəssislər məsləhət görürlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 945   Tarix: 21 mart 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qadin sayti geyim şəkilləri yay geyimləri 2026 pehriz dəri və saç mantılar hakışta xınayaxdı sözləri kosmetika uzeyir rus dilini öyrənək toy gecesı usaq seirleri hekaye janri