Albalının faydaları

Albalının faydalarıAlbalı 3-4 metr hündürlüyə qədər qalxa bilən ağacın meyvəsidir. Onun yarpaqları tünd yaşıl, çiçəkləri isə ağ, bəzən isə çəhrayı rəngə malik olur. Albalı çiçəklərinin diametri 2-3 santimetr olur və yazın ilk aylarında çiçək açır. Albalı kiçik, yumru, tünq qırmızı və turşaşirin dada malik olur. Onun çiçəklənməsi və yetişməsi bitdiyi bölgənin iqlimindən asılı olaraq yayın müxtəlif aylarında baş verə bilir. Albalı ağacı adətən əkildikdən 3 il sonra bar verməyə başlayır və 15-20 il ömür sürür. Albalının kalorisi 290 kKal, enerji dəyəri isə yetərincədir. Onu həddinddən çox yemək artıq çəkinin əmələ gəlməsinə səbəb ola bilir. Onun 100 qram qurusunda 52 kKalori var.
100 qram albalıda olan qida dəyəri:
- Zülallar - 0,8 qr
- Yağlar - 0,2 qr
- Karbohidratlar - 10,6 qr
- Su - 84,5 qr
- Kalori - 52 kKal.
Albalının tərkibi çoxlu faydalı maddələrlə zəngindir. Bu maddələrə E, C, PP, B1, B2, B9 vitaminləri, karotin, fol turşusu, təbii turşular, kalium, maqnium, natrium, fosfor, yod, dəmir, pektin, sink, marqanes, ftor və s. aiddir. Albalının tərkibindəkilər ağciyər xəstəlikləri, qan azlığı, böyrək xəstəlikləri, artroz və qəbizlik zamanı çox faydalı təsir göstərir. Albalının tərkibində olan və ona rəng verən antosian orqanizm tərəfindən asan sorulur və qanın laxtalanmasının qarşısını alır. Onun bu xüsusiyyəti arteriya damarlarının ateresklerozunun qarşısının alınmasına səbəb olur. Tərkibində olan C, B qrup vitaminləri, dəmir, maqnium, kolbat, piqmentlər isə qan azlığı zamanı çox faydalıdır. Albalının tərkibində olan mikroelementlər qan azlığı əlamətlərini aradan qaldırır, pektin maddəsi isə şlakların orqanizmdən xaric olunmasına səbəb olur.
Albalının ləti bakteriasid təsirə malikdir. Albalı şirəsindən psixoloji xəstəliklər, artrit xəstəlikləri zamanı istifadə etməkdə fayda var. O sakitləşdirici, bəlğəmgətirici, susuzluğu aradan qaldırmaq xüsusiyyətlərinə malikdir. Albalı şirəsi iştahanı artırır, orqanizmdə xərcəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, orqanizmdə sidik tirşusunun miqdarını azaldır. Davamlı olaraq qida rasionuna albalı əlavə eləmək podaqra xəstəliyinin əlamətlərini azaldır.
Albalının tərkibində olan askorbinlə P vitamini qarışımı orqanizmdə olan kapilyarların tonusunu artırır və orqanizmi möhkəmləndirir.
Davamlı olaraq qida rasionunda albalının olması ürək tutmalarının miqdarını azaldır. Tərkibində faydalı maddələrin çox olması albalının xalq təbabətində geniş istifadə edilməsinə səbəb olur. Onun budaqlarının dəmləməsindən ishal əleyhinə istifadə edilir. Bu dəmləmə kolit və bağırsağın atoniya xəstəliyinin əlamətlərini aradan qaldırır. Əzilmiş albalı yarpaqları dəri qanaxmalarının dayanmasına səbəb olur. Albali şirəsi mərkəzi sinir sisteminə təsir edərək onun sakitləşməsinə səbəb olur. Ötən əsrdə hətta bəzi həkimlər epilepsiya tutmalarından əziyyət çəkən xəstələrə albalı şirəsi içmək tövsiyə ediblər. Xroniki qəbizlik və soyuqdəymə zamanı da albalı şirrəsi içməkdə fayda var. Xalq təbabətində albalı və süd qarışımından artritlərin sağalması məqsədilə istifadə edilir. Bu qarışım yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı bəlğəmgətirici təsir bağışlayır. Albalının tərkibi bioloji aktiv maddələrlə zəngindir. Bu maddələr ürək tutmalarının qarşısını alır, mədə və sinir sistemi xəstəliklərinin sağalmasını sürətləndirir. Sarılıq zamanı albalı yarpaqlarını süddə dəmləyib içmək əlaməti aradan qaldırır.
Albalını dondurub, donu açıldıqdan sonra yemək qanda şəkərin miqdarının azalmasına səbəb olur. Albalı qızdırmanın aşağı düşməsinə səbəb olur. Bunun üçün 100 qram albalını zəif odun üstündə 35 qram su ilə qaynadıb soyuduqdan sonra içmək lazımdır.
Albalının zərərli xüsusiyyətləri
Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən adamlara çoxlu miqdarda albalı yemək olmaz. Meyvənin tərkibində olan turşuluq xəstəliyin əlamətlərinin kəskinləşməsinə səbəb olur. Mədə turşuluğu yüksək olan adamlara da çox miqdarda albalı yemək məsləhət görülmür. Albalı yedikdən sonra ağızı yaxalamaq lazımdır, çünki meyvənin turşuluğu dişlərin emalının korlanmasına səbəb ola bilər.
Albalı yeyərkən onun tumunu çıxarmaq lazımdır. Yoxsa onun tərkibinddə olan sinil turşusu orqanizm üçün zəhərlidir.
Albalıdan hazırlanan kompotları və mürəbbəni uzun müddət saxlamaq olmaz. Bu zəhərlənməyə səbəb ola bilər. Zəhərlənmənin səbəbi isə albalı çəyirdəyinin bir-neçə il ərzində həmin qidalara olan toksiki təsiridir. Piylənmədən və şəkərli diabetdən əziyyət çəkənlərə çoxlu miqdar albalı yemək tövsiyə edilmir. Xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkənlər albalı yemək istəyərkən həkim ilə məsləhətləşmələri lazımdır. Bu qaraciyərin işinin çətinləşməsinə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1271   Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

qadın geyimi geymler 2026 yay kolleksiyasi maraqli sekiller ciy kartofun faydasi ziyafət geyimləri zorlama səhnə kosmetika badambura cinsi kahfe kali hakisda sevgi