Alim: "Virusa yoluxmuş xəstənin evdən çıxması heç bir halda qəbul edilən deyil"

Alim: "Virusa yoluxmuş xəstənin evdən çıxması heç bir halda qəbul edilən deyil""Hər kəsə məlumdur ki, pandemiya ilə birgə keçirdiyimiz 1 ildən artıq zaman çərçivəsində müxtəlif ölkələrdə virusla mübarizə strategiyaları fərqli olsa da, o strategiyaların tətbiq olunduğu mərhələlər eyni idi. Mən də həmişə bildirmişəm ki, pandemiya ilə mübarizənin mərhələsindən asılı olmayaraq tətbiq edilən strategiyanın əsasında 3 vacib amil durur: Xalqın mübarizəsi, dövlətin mübarizəsi və səhiyyə sisteminin mübarizəsi. Bu 3 amil də pandemiya ilə mübarizədə eyni dərəcədə əhəmiyyətlidir və bizim bu gün ölkələrdə gördüyümüz problemlərin səbəbi bu mübarizələrdən ən azı birinin düzgün təşkil edilməməsidir".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu  Almaniya-AzərbaycanRadioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Alimin sözlərinə görə, son aparılan elmi tədqiqatlar onu göstərir ki, xalqın mübarizəsi düzgün təşkil edilməzsə, dövlətin və səhiyyə sisteminin mübarizəsi nə qədər üst səviyyədə təşkil edilməyindən asılı olmayaraq, virusa qalib gəlməkdən və pandemiyada uğurlu mübarizədən bəhs etmək olmaz: "İnsanların başa düşməsi üçün bir misal da deyə bilərəm. Məsələn, təsəvvür edin ki, hər hansı bir dövlət kifayət qədər infrastruktur qurub və pul ayırıb, səhiyyə sistemi də ən müasir standartlara cavab verəcək şəkildə təşkil edilib və savadlı kadrlarla xəstələrə xidmət göstərir. Amma insanlar deyilənlərə əməl etmir və virusla mübarizənin hətta ən sadə prinsiplərinə belə əməl etmirlər. Belə olduğu halda bu ölkənin virusla mübarizəsinin nəticəsi necə olar? Təbii ki, nəticə fəlakətlə bitər və səhiyyə sisteminin süqutu nəticəsində insanlara tibbi xidmət göstərilə bilməz. Bunun da nəticəsində ölüm sayı pik həddə çatar. Bu kimi hallara da biz zaman-zaman İtaliyada, İspaniyada və Amerikada rast gəldik. Əslində, bu vacib məqam yuxarıda dediyim kimi elmlə də sübut edilib ki, təkcə insanların canlı ünsiyyətləri minimuma endirməsi və kifayət qədər məsafə saxlanılması ilə yayılma sürətinin qarşısı təxminən 80% alınır. Buradan da bir daha görünür ki, xalqın mübarizəsinin düzgün təşkili, xüsusilə də insanların şəxsi məsuliyyəti virusla mübarizədə ən önəmli amildir".
Koronaviruslu xəstələrə nəzarətlə bağlı həkim bildirib ki, virusa yoluxmuş xəstənin evdən çıxması heç bir halda qəbul edilən deyil, çünki bu, digər insanların sağlamlığına birbaşa zərər vurmaq deməkdir: "Düşünürəm ki, müəyyən qisim insanlar həqiqətən ehtiyac olmadan və özlərinin törətdiyi işin təhlükəsindən xəbərsizcəsinə bunu edirlər. Ümumiyyətlə isə evdə qalmalı olan xəstələrə düzgün nəzarət onların evdən çıxma səbəblərinin düzgün araşdırılmasından başlayır. Mənim fikrimcə, Azərbaycan kimi cəmiyyətlərdə bu üsulla məsələnin həllinə başlanılması digər ölkələrdə tətbiq edilən müasir elektron nəzarətlərdən önəmlidir. Əslində, mən bildirdiyim üsulun bütün ölkələrdə elektron nəzarətlərdən dəfələrlə effektiv olmasını son günlərdə elm adamlarının təklif etdiyi konsepsiyada da - viruslu xəstələrin sayının müddətli olaraq sıfıra endirilməsi - görə bilərik. Konkret olaraq, Almaniya nümunəsinə gəldikdə isə qısa olaraq qeyd edə bilərəm ki, üst səviyyədə təşkil olunan müvafiq səhiyyə qurumlarının bölgələr üzrə xüsusi nəzarəti var. Bunlar nəinki xəstələrə nəzarət edir, eyni zamanda qısa bir müddətdə onların problemlərinin həllinə çalışırlar. Amma bu cür üst səviyyədə təşkil edilmiş səhiyyə qurumları da viruslu xəstələrin sayının müəyyən bir mərhələsində artıq kifayət qədər effektli xidmət göstərə bilməyəcəyini də rəsmi olaraq bildirmişdi. Bu da onu göstərir ki, yuxarıda toxunduğum mövzu, yəni xalqın şəxsi məsuliyyətinə əsaslanan mübarizə çox önəmlidir ki, yoluxma sayları aşağı səviyyədə qalsın və hətta sıfıra ensin. Tam əminliklə deyə bilərəm ki, bu günlərdə o məsuliyyət Azərbaycan üçün o qədər önəmlidir ki, onun nəticəsində peyvəndin tətbiqindən asılı olmayaraq xalqımızın yay aylarını arzuladığı kimi normal keçirib keçirə bilməyəcəyi bəlli olacaq".
e-tibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1595   Tarix: 08 fevral 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamiləlik adlarin menasi geyim dəbləri fantaziya almaniya haqqinda melumat qara noqteler ucun uz maskalari şirniyyat kosmetika birlik haqqinda ariqlamaq kəlamlar sekisler zencefil