Alimlər koronavirusun gözlənilməz yayılma yolu barədə xəbərdarlıq edib
Cənubi koreyalı alimlər koronavirusun çoxmənzilli evlərdəki havalandırma sistemləri vasitəsilə yayıla biləcəyini müəyyənləşdiriblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onların müvafiq hesabatı "Science Direct" portalında dərc olunub. Tədqiqata Seul şəhərindəki yaşayış kompleksinin müxtəlif mərtəbələrində yaşayan bir neçə ailənin eyni vaxtda COVID-19 infeksiyasına yoluxması səbəb olub.
Əvvəlcə binanın altıncı mərtəbəsinin sakinləri koronavirusa yoluxub, sonra infeksiya dördüncü və beşinci mərtəbədəki qonşulara keçib. Sonradan 10-cu və 11-ci mərtəbələrin sakinləri də eyni aqibətlə üzləşib. Yoluxanlar bir-biri ilə təmasda olmadıqlarını, onlardan ikisi hətta liftdən belə istifadə etmədiklərini bildirib.
Tədqiqat zamanı məlum olub ki, mənzillərin hamısı ümumi havalandırma sisteminə birləşib. Alimlərin fikrincə, virus mənzillərə hamam otağındakı havalandırma dəlikləri vasitəsilə daxil olub.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu
Coninin səsi batdı - Konsertlər dayandırıldı
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA