Alimlər: Parkinson xəstəliyini molekulyar "pinsetlərin" köməyilə müalicə etmək olar

Alimlər: Parkinson xəstəliyini molekulyar "pinsetlərin" köməyilə müalicə etmək olarOksford Universiteti (Böyük Britaniya) nəzdində Parkinson Xəstəliyi Mərkəzinin alimləri molekulyar "pinsetlərin" köməyilə yeni müalicə metodunu işləyib hazırlayıblar. Molekulyar "pinset" ayrı-ayrı atomları və molekulları digər yerə köçürməyə və ya məhv etməyə imkan verən nanometodikadır. Tədqiqatın nəticələri "Nature Communication" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin fikrincə, yeni metod məlum xəstəliyin ilkin səbəbi olan patoloji zülallarda rabitəni pozmaqla sağlam neyronların işini stimullaşdırır.
Molekulyar "pinset" CLR01 adı verilmiş maddədir və Parkinson xəstəliyində formalaşan toksik zülalın bir yerə toplanmasının qarşısını alır. Laboratoriya siçanları üzərində terapiya göstərib ki, patoloji zülallar vasitəsilə onlarda yaradılmış Parkinson xəstəliyi məhz "pinsetin" dağıdıcı təsiri sayəsində müalicə edilir. CLR01 maddəsi Parkinson xəstəliyində alfa-sinukletin topalarının yaranmasını və gövdə hüceyrələrindən "in vitro" yaradılmış sağlam insan neyronlarının məhv olmasının qarşısını almağa qadirdir.
Tədqiqatçı qrupuna rəhbərlik edən Parkinson Xəstəliyi Mərkəzinin professoru Riçard Ueyd-Martinsin fikrincə, araşdırma göstərir ki, "baş beyində toksik zülalların toplandığı yerin müəyyən edilməsi üçün dərman preparatları yaratmaq və ən başlıcası, Parkinson xəstəliyinin zədələdiyi neyronları deqradasiyadan qorumaq mümkündür. Əsas odur ki, xəstəliyin beyin neyronlarını xilas etmək mümkün olduğu mərhələsində "pəncərəyə" vaxtında daxil olmaqdır.
Parkinson Fondundan tədqiqatçı Bekki Portun fikrincə, müvafiq sahədə həkimlərin beyin toxumasını qorumağa qadir olan müalicə metodlarına ehtiyacı var. Laboratoriya şəraitində sınanmış "pinset" metodu Parkinson xəstəliyinin müalicəsində inqilabi dəyişiklik vəd edə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Parkinson xəstəliyindən əziyyət çəkən insanların sayı dörd milyona çatır. Eləcə də 30-40 yaşlı insanlar arasında xəstələrin sayı artmaqdadır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1296   Tarix: 07 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

maskalar hamilelikde qidalanma qis geyimləri 2026 paxla cigirtmasi kartof qizartmasi hazirlanmasi sağlamlıq haqqında arıqlama pəhriz kosmetika novruz haqistalari hakista sozler qoğalın nağlı hamilelik baldiza aid hakisda