Alimlərdən qaraciyərə təsir edən naməlum virus XƏBƏRDARLIĞI
ABŞ və Avropada ekspertlər qaraciyərə təsir edən naməlum virusa yoluxma halları barədə məlumat veriblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20 ölkədə 228 nəfər artıq xəstələnib, bir uşaq ölüb və hər on nəfərdən birinin orqan transplantasiyasına ehtiyacı var. Ən çox yoluxma on yaşınadək uşaqlarda baş verir, lakin 16 yaşdan kiçik yeniyetmələrdə də rast gəlinir. İlk simptomlar qarın ağrısı, ishal və ürəkbulanmadır, sonra dəri və gözlərin ağlarının saralması, sidiyin tündləşməsi, açıq rəngli nəcis görünür və qanda qaraciyər fermentlərinin tərkibi də əhəmiyyətli dərəcədə artır. Molekulyar səviyyədə F41 kimi müəyyən edilən xəstələrin 75%-də adenovirus aşkar edilib.
"Adenovirus F41 uşaqlarda qastroenterit və dünyada tənəffüs yoluxucu infeksiyaların təxminən on-on beş faizinə səbəb olur. Bu, müxtəlif orqanlara yoluxa bilən böyük DNT virusudur. Qaraciyər mədə-bağırsaq sisteminə köməkçi rolunu oynayır, ona görə də onun hüceyrələrinin təsirlənməsi təəccüblü deyil", - Avstraliyanın Yeni Cənubi Uels Universitetinin mikrobiologiya və molekulyar biologiya professoru Piter Uayt SMC-yə bildirib.
Alimlərin fikrincə, adenovirus infeksiyasının koronavirusla üst-üstə düşməsi və F41-in özünün mutasiyası səbəbindən ağır hepatitə səbəb ola bilər.









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu