Alimlərin koronavirus araşdırması hər kəsi ŞOKA SALACAQ: Xəstəliyə yoluxmuş bütün şəxslər...

Alimlərin koronavirus araşdırması hər kəsi ŞOKA SALACAQ: Xəstəliyə yoluxmuş bütün şəxslər...Mütəxəssislər COVID-19-a bənzər infeksiyaların sinir sisteminə hücum edə biləcəyini düşünür. Koronavirus epidemiyasının başlanğıcında xəstələri müşahidə edən və təhlillər aparan həkimlər aşağıdakı simptomların korona üçün xarakterik olduğunu bildirib: yüksək temperatur, öskürək və təngənəfəslik. Qusma və ishal isə az hallarda özünü göstərir. Ancaq məlum oldu ki, koronavirusun təsirləri həddən artıq böyükdür.
Publika.az xəbər verir ki, "Medium Elemental" elmi portalında yayımlanan məqalədə infeksiyanın sadəcə tənəffüs yollarını deyil, həzm sistemini də poza biləcəyi deyilir.
Fevral ayının sonlarında dünya öyrəndi ki, koronavirus asiptomatik də ola bilər. İnfeksiyanı olduqca normal keçirən insanlar da qeydə alındı. Bir aydan sonra yoluxmuş şəxslər qoxu itkisindən şikayət etməyə başladı.
Eyni zamanda həkimlər elan edib ki, bəzi xəstələr infeksiyanı yüngül formada keçirə bilər. Bu zaman yorğunluq, burun axması kimi əlamətlər özünü göstərir.
İndi də həkimlər SARS-CoV-2-nin beyinə hücum etməyə qadir olduğu qənaətinə gəlib. Koronavirusun beyinə necə təsir edə biləcəyi hələ məlum deyil. Lakin qrip və koronavirusun digər növləri ilə bağlı aparılan tədqiqatların nəticələri bunun istisna olmadığını göstərir.
Alimlərin koronavirus araşdırması hər kəsi ŞOKA SALACAQ: Xəstəliyə yoluxmuş bütün şəxslər...Bu günə qədər bu mövzuda edilən bütün müşahidələr daha çox tibbi nağıllara bənzəyir. Həkimlər COVID-19 xəstələrində ilk simptomların şüurun bulanıqlaşması və baş ağrısı şəklində ortaya çıxdığını iddia edir. Amma koronavirusun beyinə birbaşa və ya dolayı yolla nə dərəcədə təsir göstərə biləcəyini, onun oksigendən məhrum olub-olmadığını müəyyən etmək hələ də mümkün deyil.
Texas Tibb Mərkəzinin neyrocərrahı Çetan Rao bu iki təsiri beyində fərqləndirməyin çox çətin olduğunu deyib. Bəlkə də onlar eyni vaxtda baş verir.
Ötən həftə Sankt-Peterburq Dövlət Universitetinin virusoloqları elan etmişdi ki, COVID-19 qan-beyin baryerinə nüfuz edə və beyin toxumasını məhv edə bilər. Onların araşdırmasına görə, qrip və herpes virusları beynin bütün hissələrinin ölümünə səbəb ola bilər. Eyni hal yeni tip koronavirus infeksiyasında da baş verir. Bəzi yoluxmuş xəstələrdə həkimlər ağciyər pozğunluqlarını təyin etmirdilər. Lakin eyni zamanda xəstələrdə şüurun bulanıqlaşması ​​və ya epileptik əlamətlər qeydə alınıb. Bundan əvvəlsə onlar dad və qoxu itkisindən şikayətlənirdilər ki, bu da COVID-19-un beyin toxuması infeksiyası olduğunu göstərə bilər.
İlk dəfə fevral ayında Çinin epidemiya mərkəzinə çevrilən Uhan şəhərinin alimləri koronavirusun beyinə də hücum edə biləcəyi haqqında danışmağa başlamışdı. Mart ayında tədqiqatçıların nəzəriyyəsi elmi jurnalda dərc edilmişdi. Alimlər iddia edir ki, SARS-CoV-2 digər koronavirus növlərinə bənzəyir, yalnız tənəffüs yolları ilə məhdudlaşmır və bəzən nevroloji xəstəliklərin inkişafına səbəb olan mərkəzi sinir sisteminə təsir göstərə bilər.
Bu günə qədər Amerika alimləri Çin mütəxəssislərinin nəzəriyyəsini təsdiqləyən yalnız bir hadisəni qeydə alıb. Belə ki, 50 yaşlı qadın öskürək, qızdırma və şüurun bulanıqlaşmasından dolayı həkimlərə müraciət edir. Onun korona testinin nəticəsi müsbət çıxır. Ancaq qeyri-adi simptomlar səbəbindən xəstə beynin CT və MR müayinəsinə göndərilir. Müayinədə qeyri-adi ödem aşkarlanır. Həkimlər xəstəyə kəskin ensefalopatiya diaqnozu qoyur. Bu, olduqca nadir bir xəstəlikdir (anadangəlmə və ya qazanılmış), beyində toxuma dəyişir, bu da zehni funksiyaların pozulmasına səbəb olur. Bu diaqnoz mərkəzi sinir sisteminə təsirlə bağlıdır, qıcolma və ruhi pozğunluqlarla xarakterizə olunur. Yeri gəlmişkən, bəzi yoluxucu xəstəliklər və ya qrip virusu ensefalopatiyaya səbəb ola bilər.
Həkimlər qadının beyninin müxtəlif sahələrində bir sıra zədələnmə müşahidə edib: nitqin qavranılması, təhlili və sintezi, habelə dad, qoxubilmə qabiliyyətindən məsul olan müvəqqəti loblar zədələnib.
"Henri Ford" səhiyyə təşkilatının tədqiqatçılarının "Nature" jurnalında nəşr olunan açıqlamasında qeyd olunur ki, bu, koronavirus infeksiyası ilə əlaqəli kəskin nekrotik hemoragik ensefalopatiyanın ilk açıqlanan hadisəsidir. COVID-19 xəstələrinin sayı artdıqca, rentgenoloqlar nevroloji xəstəliklərin inkişafının qarşısını almaq üçün yoluxmuş şəxslərin zehni vəziyyətindəki bütün dəyişiklikləri izləməlidirlər.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2246   Tarix: 16 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

qis geyimləri 2026 geyim və ayaqqabılar geyim necə seçməli doğuş sonrası seks intim haqda həkim məsləhəti illik bürclər kosmetika qurd ve quzu veten zehmet ve zinet sac duzumleri nizami gencevi