Alış-veriş! Onu anlamaq üçün qadın olmaq gərəkdir

Alış-veriş! Onu anlamaq üçün qadın olmaq gərəkdirƏlbəttə ki, alış-veriş bir qədər möcüzəli işdir. Onu anlamaq üçün qadın olmaq gərəkdir ya da onun əhəmiyyətini qadınların gözlərində görməkdir. Əgər siz kənardan alış-veriş edən qadınlara nəzər salsanız, görəcəksiniz ki, onlar bu zaman özlərini necə aktiv aparırlar və arzuladığı əşyaları görəndə onların gözləri işıqlanır. Onlar sözün əsl mənasında özlərini fantaziyalar aləmində hiss edirlər: gözlərinin qarşısında yaraşıqlı koftanın əynində necə görünməyini, nəfis çəkmələrin geyinərkən istənilən dəbə aludə olan xanımın qısqanc baxışlarını təsəvvur edirlər.
Alış-veriş öz missiyasını sonlandırmalıdır. Hərdən bir o, depresiyadan xilasetmə rolunu da oynayır. Məlumdur ki, depresiya aşağı emosionallıq, iştahsızlıq, ətraf aləmə biganəlik kimi xüsusiyyətlərlə də xarakterizə olunur. Hərdən elə hallar olur ki, bir əşya belə əhval-ruhiyyə təsir edir. Hamıya necə gözəl olduğunuzu göstərmək istəyirsiniz (əlbətdə ki, yeni əşya ancaq sizin təkrarolunmaz obrazınıza rəng qatır.)
Alış - verişin müsbət və mənfi tərəflərini gözdən keçirək. Əvvəlcə mənfidən başlayaq.

Mənfi tərəfləri: Bəzilərinə "müalicəvi təsir" edən alış-verişin mənfi tərəfləri də var. Əgər hər dəfə əhval-ruhiyyəniz korlananda onu alış - verişin köməyi ilə düzəltməyə çalışsanız, bu artıq vərdiş halını alacaq. Qarderobunuzda kifayət qədər geyim olmağına baxmayaraq tələbatınız artacaq, ancaq ilk vaxtlarda olduğu kimi ondan zövq ala bilməyəcəksiniz. Təbii ki, istənilən asılılıq heç də yaxşı iş deyil. Artıq alış-veriş sahibini "bədxərc" edir. Amma əhval-ruhiyyəni başqa metodlarla da qaldırmaq olar. Özünüzə belə sual verə bilərsiniz: "Bu əşya mənə indi lazımdır? Mən dəqiq bunu almadan keçinə bilmərəm?" Zamanla hissləriniz sizə hakim olur (ticarət mərkəzlərində bütün əşyalar gözünüzə parıltılı görünür). Nəticədə, bu ona gətirib çıxarır ki, siz artıq sizə gözəl təsir bağışlayan əşyanın qarşısında tab gətirə bilmirsiniz (həm də onu əldə etmək üçün üzərinizdə kifayət qədər pulunuz varsa). Evdə toz təmizləyəndə birdən başa düşürsünüz ki, bu gözəl kofta heç bu dəqiqə sizə lazım deyilmiş. Öz hisslərinizi cilovlamağa çalışın, bu sizə əlavə xərclərdən qaçmağa kömək edəcək.

Müsbət tərəfləri: Həddindən artıq nəzarət-bu da sizin "dost" unuz deyil. Kifayət qədər qənaət etməyə öyrənmiş xanımlar, tez-tez öz istəklərinə də zərər vururlar. Nəticədə qarderoblarında nəyisə yeniləmək lazım gələndə, həmin pulu evə lazım olan digər əşyalara xərcləyirlər. Əgər qərara almısınız ki, sizə dəyişiklik lazımdır, ona doğru addım atın. Köhnə əşyalar heç də həmişə zamana uyğun olmur və uğurlu nəticə gətirmir. İşləriniz yaxşı istiqamətdə getsin deyə, hərdən sadəcə imicinizi dəyişin. Bundan əlavə, əşyalar daxili arzunuzun formalaşmasına da təsir edir, motivasiya yaradır. Gözəl görünməyə çalışın. Bu sizə mənəvi dəstək verəcək, özünüzə arxayınlıq hissini artıracaq. Ola bilsin siz yeni və gəlirli iş yeri tapmağa çalışacaqsınız və ya hazırki iş yerində daha yuxarı vəzifələrə keçmək istəyi yaranacaq. Bu şəxsi həyatınız üçün stimul olacaq.
Odur ki, irəli- məqsədə doğru! Alış-veriş sizin əməyinizin mükafatı olacaq

Gözəllik və Moda     Baxılıb: 2314   Tarix: 28 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

turlar.az

adlarin menasi toy makiyajlari yay geyimləri 2026 vətən haqqında bayatı sacin horulmesi merlin monro dini qadin geyimleri kosmetika janrlar cinsi əlaqə qadin saglamlig usaq geyimleri vetene aid bayatilar