Allergiya niyə inkişaf edir?

Allergiya niyə inkişaf edir?Allergik xəstəliklər orqanizmin hər hansı xəstəlik törətmək xüsusiyyəti olmayan faktorlara (yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə) qarşı yaranan həssaslıqdır.
Keçən yüzillikdə allergik xəstəliklər, əsasən də respirator allerqozlar epidemiya şəklini alıb, böyüklər və uşaqlar arasında artmaqda davam edir. "Respirator allerqozlar" dedikdə tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi nəzərdə tutulur. Respirator allerqozlara "sivilizasiya" xəstəlikləri də deyilir. İstehsalın geniş sənayeləsdirilməsi, məişətdə və kənd təsərrüfatında kimyəvi maddələrdən geniş istifadə bu xəstəliklərin vüsət almasında mühüm rol oynayır. Bunlar tənəffüs yollarına çox miqdarda zərərli maddələrin düşməsinə, xroniki iltihabi prosesə və orqanizmin sensibilizasiyasına, sonra isə allergik prosesin yaranmasına səbəb olur.
Allergik xəstəliklər bu gün dünyada patologiyalar arasında yayılmasına görə 3-4-cü yeri tutur.
Allergik xəstəliklər arasında daha çox bu xəstəliklərə rast gəlinir:
- allergik rinit
- allergik konyuktivit
- bronxial astma
- övrə
- atopik dermatit
Allergik rinit burunda qaşınma, tez-tez asqırma, burun axması ilə müşayiət olunur. Burundan, gözdən axan selik tam şəffaf olur. Hətta burun dəsmalında izi belə qalmır.
Allergik konyuktivit çox vaxt allergik rinitlə bir yerdə olur. Bu zaman rinit əlamətlərindən başqa ğözdə qaşınma, sulanma, qızartı müşahidə edilir.
Körpələrdə allergik xəstəlik kimi atopik dermatitə daha çox rast gəlinir. Atopik dermatit qızartı, ödem, qaşınma, ekssudasiya və qabıqlanma ilə müşayiət olunan dərinin iltihabi xəstəliyidir.
Uşaq böyüyəndə atopik dermatit bir çox hallarda keçir, amma xəstələrin 50%-də bronxial astma, 75%-də allergik rinit formalaşa bilər.
Adətən atopik dermatitli xəstələrin yaxın qohumlarında (ana, ata, bacı, qardaş) 50-70% hallarda dəri və tənəffüs yollarının allergiyası müşahidə olunur.
Xəstəlik adətən uşaq 2-3 aylıq olanda başlayır. Əvvəl yanaqlarda, sonra üzün digər yerlərində, ənsə, biləklər, qollar, qarın və ətrafların açıcı səthlərində qızartı, qaşınma, sulanma, qabıqvermə müşahidə olunur. Belə uşaqlarda dəri quruluğu nəzərə çarpır. 3-5 yaşlarda yaxşılaşma başlayır, 5 yaşdan yuxarı əlamətlər demək olar ki, tamamilə itir.
Bəzən yaş artdıqca dəridə quruma və qalınlaşma olur, "atopik dermatit maskası" adlanan bir görünüş əmələ gəlir.
Uşaqlarda allergik xəstəliklərin yaranmasına təsir edən amillərdən biri allergiyaya irsi meyilliyin olmasıdır. Bu baxımdan, ailədə allergiyaya meyillik olduqda allergiyanın profilaktikası hamiləlik dövründən aparılmalıdır. Belə analar hamiləlik və südəmizdirmə dövründə qidalanmalarına xüsusi nəzarət etməlidirlər. Hamilə qadınlar passiv və aktiv tütünçəkmədən özlərini qorumalıdırlar və s.
Allergik xəstəliklər hiperimmun reaksiya ilə xarakterizə olunur.
Allergik xəstəliklərin müalicəsi üçün əsas şərt allergenin uzaqlaşdırılmasıdır (hər zaman mümkün olmur).
Bundan başqa müalicə məqsədilə əsasən antihistamin və hormonal preparatlardan istifadə edilir.  Antihistamin preparatlar allergik reaksiyada mühüm rolu olan mediatorun (histaminin) ifrazını blokada edir. Hormonlar isə immun reaksiyaları zəiflədir. Beləliklə, allergiyanın simptomları aradan qaldırılır.
Bu zaman immun hiperhəssaslığa və allergik reaksiyada iştirak edən mediatorların artıq ifrazına şərait yaradan amillər:
- psixi yüklənmə
- yanlış qidalanma
- disbioz
- kandidoz
- ağır metallarla yüklənmə və s. də nəzərə alınmalı və aradan qaldırılmalıdır. Beləliklə, allergik xəstəliklərin daha uğurlu müalicəsi üçün şərait yaranmış olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 954   Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

aksessuarlar donlar 2026 qadın geyimi atalar sozu elm haqqinda neyrosirkulyator distoniya tutma reseptleri pol breqq kosmetika hesaplama nizami gencevi azerb clpaq qadinlari baliq vətən həsrəti