Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyun

Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyunAlimlərin 30 ölkədə apardıqları araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə ən ox yayılan xəstəlik allergiyadır.

Bir milyon insan arasında aparılan araşdırmada hər yüz insandan 22-sində bu xəstəlik aşkarlanıb. Allergiya xəstəliyinin tarixi tam qədim zamanlara gedib çıxır. Bu məşhur xəstəliyin ilkin izələrinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Tarixi uzun olsa da alimlər bu xəstəliyi XIX əsrdə aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə düz bir əsrdən sonra, yəni XX əsrdə başlanılıb.

Axşam.az bildirir ki, müasir dövrümüzdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı kifayyət qədər çoxdur və onun sayı günü-gündən artmağa da davam edir.

Allergiya nədir?

Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Allergiya bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir. Allergiya yaz xəstəliydir. Allergiya özünü bir neçə formada göstərir. Bəzən elə olur ki, insan allergiyaya görə özünə nifrət edir. Allergiya nəticəsində onun dərisi daima səpir, qızarır. Allergiyanın bir neçə növləri var. Onun ən çox yayılan formaları isə allergik və xroniki rinitdir.

Allergik rinit:

Bu allergiyanın ən yüngül növüdür. Allergik rinitin əlamətləri qripin əlamətlərinə bənzəyir. Allergik rinit zamanı burun və göz sulanır, qızarır, qaşınır. İlk olaraq xəstədə fasiləsiz asqırmalar və burunda göynəmələrlə müşahidə olunur. Allergiyanın bu növünün həmçinin gözə də təsiri çoxdur. Allergik rinit zamanı göz daim sulu olur və qaşınır. Bu xəstəliyin simptomları özünü yaz vaxtı çiçəklənmə və tozlanma dövrü başlayanda baş qaldırır. Belə xəstələrin burnu daim tutulu olur və onlar qoxunu hiss etmirlər. Hətta xəstəlik irəlilədikdə xəstənin qulağı da tutula bilər. Allergik rinit zamanı xəstənin bədənində həmçinin qızartılar, əllərində, ayaqlarında şişmələr olur. Belə xəstələr ev şəraitində özlərini yaxşı hiss edir. Ancaq çölə çıxdıqda onların halı dəyişir, boğulma halları olur. Allergik rinitin də iki forması var: ağır və yüngül. Yüngül formada olan allergik rinit xəstlərində xəstəliyin simptomları bir ay davam edir. Ağır allergik rinitin simptomları isə mövsüm sonuna kimi özünü biruzə verir.

Xroniki rinit:

Allergiyanın digər növü olan xroniki rinit ağır qrip, haymorit və frantit xəstəliklərindən sonra yaranır. Bu allergiya formasının əlamətləri də allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinitin bir fərqi var ki, o da allergik rinit sadəcə, yaz mövsümündə əlamətlərini biruzə verir. Ancaq xroniki rinitin əlamətləri ilin dörd fəslində öz əlamətlərini göstərir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda ev şəraitində onların halları ağırlaşır.

Dəri allergiyası:

Allergiyanın çox yayılan növlərindən biri də dəri allergiyasıdır. Dəri allergiyası zamanı dəridə şişlər, qızartılar, pilinqlər əmələ gəlir. Eyni zamanda dəri quruyur və çatlayır. Dəri allergiyası zamanı xəstə qaşınmadanda əziyyət çəkir.

Allergiyanın yaranma səbəbləri

Allergiyanın hər növünün yaranma səbəbləri müxtəlif olur. Allergik rinitin yaranma səbəblərini öyrənmək üçün qol hissəsinə sınaqlar qoyulur. Bu sınaqların sayı 7-dən 21-ə kimi olur. Sınaqlar qolda bir neçə dəqiqə qalır. Bundan sonra o öz təsirini göstərir. Bu sınaqlardan sonra xəstənin nəyə qarşı allergiyasının olması müəyyənləşir. Və ona qarşı xüsusi dərman preparatları ilə müalicələr aparılır. Onu da qeyd edək ki, allergik rinitin müalicəsi mövsüm vaxtı aparılmır. Həm də mövsüm vaxtı sınaqlardan istifadə etmək mümkün olmur. Çünki yaz mövsümündə allergiya daha çox baş qaldırır. Və bütün sınaqlar nəticəsiz olur. Buna görə də allergik rinit xəstələrinin müalicəsi soyuq havada aparılır. Yaz mövsümündə sadəcə, allergik rinitin qarşısı alınması üçün müalicə aparılır. Bununla yanaşı allergiya xəstəsinin gözləri də müalicə olunur. Çünki allergiya ən çox gözə ziyan vurur.

Xroniki rinit xəstələrinə də sınaqlar qoyulur, bu sınaqlar vasitəsilə onun yaranma səbəbləri araşdırılır. Xroniki rinitin daşıyıcıları yun və tükdən uzaq durmalı, yalnız sintetik materialdan hazırlanan yataqda yatmalıdırlar. Belə xəstələrə daim təmiz havada gəzmək məsləhət görülür.

Allergiyanın fəsadları:

İnsanlar çox vaxt bu xəstəliyə ciddi yanaşmırlar. Onlar elə başa düşürlər ki, allergiya qripin bir növüdür və mövsüm keçdikdən sonra o keçib gedir. Allergiyaya qarşı müalicə aparılmadıqda bu rinit özünü daha kəskin göstərməyə başlayır və ağciyərə təsir edir. Hətta xəstəlik irəlilədikdə bronxiol astmaya çevrilə bilər. Bütün bunların qarşısını almaq üçün allergiya xəstələri vaxtlı vaxtında müalicə almalıdırlar. Düzdür çoxları allergiyanın nə demək olduğunu bilmirlər. Bu xəstəliyin ilkin əlamətləri qripdə olduğu kimidir. Elə buna görədə insanlar qrip olduqlarını hesab edim, allergiyaya önəm vermirlər. Ancaq bu hal uzun davam etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Bəzən elə olur ki, insanlar qripə qarşı olan antibiotiklərdən istifadə edirlər. Bu təhlükəlidir. Allergiyanın daha da irəliləməsinə səbəb olur.

Bir çox xəstələr də var ki, onlar allergiyaya qarşı aparılan müalicəni sona çatdırmırlar. Xəstəliyin simptomlarının azaldığını görüb, sağaldıqlarını hesab edirlər. Ancaq allergiya xəstələri bunu bilməlidir ki, allergiya sağalmaz xəstəlikdir. Aparılan müalicələr xəstəliyin tamamilə yox olmasına deyil, onun irəliləməsinin qarşısını alınmasına kömək edir. Bəzən allergiya insana genetik yolla, anna xətti ilə keir. Ancaq bu allergiyanın irəliləmə ehtimalı çox azdır.

Sağlamlıq     Baxılıb: 2168   Tarix: 22 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

qadin sayti makiyaj etmek qaydalari yay geyimləri 2026 praktik bədənə qulluq mantılar gənc qalmağın sirləri kosmetika tapmaca anabaci oglan evi məsəllər yemek reseptleri