Allergiyanı aradan qaldıran vasitələr

Allergiyanı aradan qaldıran vasitələrHavaların isinməsi, təbiətin oyanması bir sıra allergik xəstəliklərin baş qaldırmasına səbəb olur. Geyinilən paltar, qəbul olunan qidalar və məişətdə istifadə edilən allergenli maddələrin çoxluğu həmin xəstəlikləri daha da artırır. Allergiya deyəndə ilk növbədə bədəndə səpgilər və qaşınma başa düşülür. Onlar allergiyanın ilkin əlamətləridir, lakin onlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-fitoterapevt Fizulu Hüseynov deyib: "Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün illərin sınağından çıxmış üsullardan istifadə edə bilərlər. Həmin üsullardan biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də faydalı təsir göstərir.
Məsələn, udi-hindi allergiya əleyhinə mükəmməl vasitədir. Təcrübə nəticəsində 10-15 il allergiyadan əziyyət çəkənlərin udi-hindi qəbul edərək sağalması müşahidə olunub. Bunun üçün gündə 2 dəfə 1 çay qaşığı udi-hindi tozu 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edilərək yeməkdən əvvəl 1 stəkan içilir. Prosedur ildə 2 dəfə - yaz və payız aylarında 2 ay müddətində aparılır.
Allergiya baş verəndə dərman axtarmağa tələsmək lazım deyil. 3 ədəd keçibuynuzu meyvəsi yarım litr suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülərək içilir. Təxminən 10 dəqiqə ərzində səpgilər tam keçir. Allergiyanın davam etməməsi üçün prosedur 1 ay aparılır.
Kiçik yaşlı uşaqlarda əmələ gələn səpgilər zamanı yatıqqanqal mükəmməl vasitədir. 2 xörək qaşığı yatıqqanqal 1 stəkan suda dəmlənilir və səpgilərin üzəri pambıqla silinir. Yaxud 50 qram yatıqqanqal 500 qram zeytun yağında günəş işığı altında 10 gün saxlanıldıqdan sonra süzülür. Əldə edilən yağla dəridə olan səpgilər silinir, həmçinin diatezlər zamanı istifadə olunur.
Hər gün 1 çay qaşığı zabrus, yəni bal qaymağı yeyilməsi allergiyanı əhəmiyyətli dərəcədə azaldır.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 2647   Tarix: 16 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

turlar.az

geymler 2026 toy makiyajlari geyim şəkilləri uşaq və təhsil cizgi filmləri testlər qutab xemiri kosmetika gozellik maska hakista sozler veten xeyanet