Almaniyada yaşayan azərbaycanlı alim koronavirusun yeni ştammının təhlükəsindən danışıb

Almaniyada yaşayan azərbaycanlı alim koronavirusun yeni ştammının təhlükəsindən danışıb"İlk olaraq bir elm adamı kimi yeni B11529 virus variantının yayılmasını nəzərə alaraq Azərbaycan üçün ciddi yeni strategiya düşünməyin zamanı olduğunu qeyd edirəm. Bunu həm də bugünə qədər bütün atılan addımlardan xəbərdar olan və boşluqların harda olduğunu bilən birisi kimi də deyirəm".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O, yeni virus variantının - "B11529"-nin Ümumdünya Səhiyyə Təşkilatının təklif etdiyi nomenklaturaya əsasən adının "Omikron" olduğunu diqqətə çatdırıb: "Bu cür mutasiyaların əsas yaranma səbəblərindən biri də daha öncələr xəstələnmiş insanların virusa yenidən yoluxmasıdır ki, bu da öz növbəsində immunitetin virusla mübarizəsi zamanı sonuncunun dəyişikliklərinə səbəb olur. "Omikron"un yoluxma zamanı daha ağır xəstəliyə səbəb olması və yayılma əmsalı barədə bu gün hələ ki, elmi tərəfdən istinad ediləsi heç bir tədqiqat yoxdur. Amma virusun sürətlə yayılması barədə artıq kifayət qədər praktik sübutlar var və bu istiqamətdə önümüzdəki günlərdə dəqiq statistik rəqəmləri görəcəyik".
O, hazırda mövcud olan effektiv peyvəndlərin "Omikron"a qarşı effektivliklərini itirə biləcəklərini qeyd edib: "Amma bu o demək deyil ki, onlar tamamilə effektsiz olacaqlar. Bir şeyi də unutmaq olmaz ki, bu gün ən yüksək effektivlik göstərən peyvəndlərin "Omikron"a qarşı da eyni effektivliyini təmin etmək üçün təxminən 3 ay zaman lazımdır".
N.Abdullayev epidemioloji cəhətdən "Omikron"un yayıldığı indiki zamanda müəyyən daxili qapanmaların tətbiqi və Azərbaycana hava yolu ilə olan səyahətlərə məhdudiyyətin qoyulmasının mümkün ola biləcəyini istisna etməyib: "Çünki bu gün mətbuatda virusun Cənubi Afrikadan gəlməsi heç də onun mütləq orada yaranması demək deyil. Artıq Belçika və Hollandiyada yeni virus variantının olması rəsmən təsdiqlənir. Almaniyada isə artıq son analizlərdən sonra "Omikron"un olduğu rəsmən təsdiqlənəcək. Son olaraq isə bir daha onu deyə bilərəm ki, dişlərinə qədər silahlanmış yeni virus variantına qarşı ciddi strategiya Azərbaycanda mütləq elmi əsaslı olmalıdır, əks halda xeyli yeni problemlərlə qarşılaşa bilərik".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1099   Tarix: 27 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

geyim və ayaqqabılar reseptler qadin dunyasi terminlər balamı sevirəm bayatilar vetene aid sifahi xalq ədəbiyyatı kosmetika qiz evi ucun dolça video hüzeyir hacibəyov novruz bayramina aid hakista