Alopesiya – Saç tökülməsi

Alopesiya – Saç tökülməsiAlopesiya - saçların müvəqqəti və ya davamlı olaraq tökülməsidir. Alopesiya hissəvi və bütöv baş verə bilir. Hissəvi saç tökülmələri zamanı saçlar baş dərisinin müəyyən bir hissəsində tökülməyə başlayır. Belə tökülmələr hətta müəyyən bir hissənin tamamilə tüksüz qalmasına səbəb ola bilir. Saç tökülməsinin səbəbi hələ də mütəxəssislər tərəfindən tapılmamışdır. Bəzi endokrin xəstəliklər zamanı saçların tökülməsi xəstəliyin əlaməti kimi qiymətləndirilir. Amma bəzi hallarda heç bir ciddi xəstəlik olmadan saçların mütamadi tökülməsi baş verir. Həkimlər saçların tökülməsinə bəzi proseslərin baş verməsinin səbəb olduğunu deyirlər. Bunlar aşağıdakılardır:
- hipofiz səbəbli arıqlamalar
- cinsi hormonal pozğunluq
- həyat əhəmiyyətli hormonlarda çatışmazlıq
- autoimmun xəstəliklər
- steroidlərin qəbulu
- psixoemosional hadisələr
- baş-boyun travmaları
- vegetativ sinir sistemi xəstəlikləri.
Bəzən keçirilən müxtəlif xəstəliklərdən sonra da saçlarda tökülmə baş verə bilir, amma bu müvəqqəti xarakter daşıyır. Toksiplazmoz, sepsis, malyariya, brüselyoz, siflis belə xəstəliklərdən sayılır. Sadalanan xəstəliklər müalicə olunduqdan sonra, belə saç tökülməsi dayanır.
Saçların trökülməsinə baş dərisini göbələk xəstəliyi də səbəb ola bilir. Seboreya, eritrodermiya və digər dermatozlar zamanı saçlar tökülə bilir.
Mədə-bağırsaq xəstəlikləri də saç tökülməsinə səbəb olan xəstəliklərdən biridir. Bəzən alopesiya bütün bədəndə baş verir. Belə ki, az-az , amma uzun müddətə başın və bədənin tükləri tədricən tökülür və keçəllik əmələ gəlir. Bu cür saç tökülməsinin səbəbi tibbə məlum deyil.
Bəzən südəmər uşaqlarda fizioloji alopesiya baş verir ki, bu da müalicə tələb eləmir.
Alopesiyanın bir növü də frunkul, karbonkul və ya zədələnmələrdən sonra əmələ gələn çapıqların yerində baş verən saç tökülməsidir. Çapıq toxuma nə qədər dərin olarsa, həmin yerə tükün çıxma şansı bir o qədər azdır.
Həkim dermatoloqlar müəyyən preparatlarla saç tökülməsinin qarşısını almağa çalışsalar da, istədiklərinə tam nail ola bilmirlər. Çünki ekoloji mühit, havada olan radioaktiv maddələr də saçların tökülməsinə səbəb ola bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1351   Tarix: 24 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qaşların formalari gozel gorunmek qadin dunyasi zorlama aysel əlizadənin toyu bolqar biberinin faydasi xiyar tutması kosmetika arıqla faydalı məsləhətlər şəhid uzeyir hacibeyli maraqli hakistalar