"Ana" mahnısı ilə Rusiyanı ayağa qaldıran həmvətənimiz: "Anamı xatırlamıram" + VİDEO

"Ana" mahnısı ilə Rusiyanı ayağa qaldıran həmvətənimiz: "Anamı xatırlamıram" + VİDEORusiyanın NTV telekanalında yayımlanan "Sən supersən!" ("Ты супер!") musiqi yarışmasında çıxış edən 17 yaşlı azərbaycanlı Pərvanə Əlcanova Rusiya ilə yanaşı, Azərbaycan xalqının da diqqətini cəlb edib.

Missiya.Az xəbər verir ki, Müslim Maqomayevin ifa etdiyi, sözləri Fikrət Qoca, musiqisi Sevil Əliyevaya məxsus "Ana" mahnısını səsləndirən həmvətənimiz münsifləri özünə heyran edib.

Pərvanəni dəstəkləmək üçün proqrama Azərbaycanın Rusiyadakı səfiri P. Bülbüloğlu qatılıb və rus dilini bilməyən 17 yaşlı iştirakçı üçün tərcüməçilik edib.

P. Əlcanova haqda danışan səfir bildirib ki, onun səsi çox gözəldir: "Pərvanə istedadlıdır, onun səsi valehedicidir. Düşünürəm ki, "Ana" mahnısı ilə Azərbaycanı təmsil etməsi doğru addımdır. Ona uğurlar arzulayıram".

Pərvanə Əlcanova kimdir?

Pərvanə Əlcanova anasını 2 yaşı olanda itirib. Pərvanə və 4 uşaq nənəsinin himayəsində qalıb. Daha sonra çətinliklər qarşısında aciz qalan nənə uşaqları kimsəsizlər evinə verib.

2014-cü ildə Pərvanə yaşamaq üçün gənclər evinə köçüb və humanitar kollecə daxil olub. Vokalla xüsusi olaraq məşğul olmayan Pərvanə yalnız güzgü qarşısında vəya rəfiqələri üçün mahnılar oxuyub.

Pərvanə bildirib ki, uşaq vaxtından istedadı olduğuna agah olub və öz üzərində müəllimsiz çalışıb. O, bir çox müsabiqələrdə iştirak edib. Ən böyük arzusu isə böyük səhnəyə çıxmaqdır.

Ailəsindən bəhs edən həmvətənimiz isə anasını xatırlamadığını vurğulayıb.

Qeyd edək ki, "Sən supersən" valideyn himayəsindən məhrum olan 7-18 yaşlı uşaqların iştirak etdiyi müsabiqədir. Münsiflər heyəti müğənni Elka, Marqarita Suhankina , Viktor Drobş və Stas Pyekadan ibarətdir. Müsabiqədə Rusiya, Azərbaycan, , Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.

Xəbərlər     Baxılıb: 4084   Tarix: 21 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq