Ana südü ilə qidalanan narahat körpənin sakitləşdirilməsi

Ana südü ilə qidalanan narahat körpənin sakitləşdirilməsiKörpənin ağlamağı ilk növbədə onun ac olduğunu göstərir və onu sakitləşdirməyin ən birinci yolu təbii ki əmizdirməkdir.
Amma heç bir səbəb olmadan körpənin uzun müddət ağlamağı yeni valideynləri təngə gətirə bilər.
Biz sizə körpənizi sakitləşdirməyin bir neçə üsulunu təqdim edirik. Məsləhət görülür ki, bunlardan bir neçəsini sınaqdan keçirəsiniz, çünki bu və ya digər üsul bu gün işə yaraya bilər, sabah isə yox. Rahat olun və yadınızdan çıxarmayın ki, bu da gəlib keçəcək.
Əlamətlər:
Körpənizin
- Gün ərzində dəfələrlə dayanmadan ağlaması;
- Əllərini yumruq şəklində bərk bükməsi;
- Ayaqlarını qarnına tərəf yığması;
- Qazını çıxarması;
- Üz-gözünü bürüşdürməsi.
Bunun səbəbləri (birdən çox ola bilər):
- Tam inkişaf etməmiş mədə-bağırsaq sistemi;
- Həssas sinir sistemi;
- Həddən artıq qaz/köp və ya körpənin normadan çox yedizdirilməsi;
- Süni qidanın uyğunsuzluğu;
- Körpənin əmizdirən ananın yediyi hər hansı bir ərzağa əks reaksiyası;
- Körpənin həddən artıq oyanıq və nəticədə yorğun olması.
Nə edə bilərsiniz?
- Körpənizi öz bədəninizə sıxın;
- Körpənizi hər hansı formada hərəkətdə saxlayın:
- Qucağınızda gəzdirin;
- Körpə yelləncəyində yellədin;
- Özü yırğalanan oturacaqda yırğalayın;
- Ayaq üstə o yan bu yana yırğalayın;
- Maşında və ya uşaq arabasında gəzdirin;
- Körpəni slinqdə gəzdirin.
- Köp damcıları verin (yalnız pediatrın məsləhəti əsasında);
- Monoton səslərlə (axar su, tozsoran, paltar yuyan/qurudan, fen) körpənizi sakitləşdirin;
- Gündə bir neçə dəfə körpənizi özünüzə (bədəninizə) sıxın;
- Körpənizi yüngül bələyin;
- Körpənizi soyundurun və qoyun rahat hərəkət etsin;
- Çoxlu hərəkət, yüksək səs və parlaq işıqla körpəni həddən çox yormaqdan çəkinin;
- Müxtəlif səslər, yerlər və əşyalarla körpənin fikrini yayındırın;
- Körpənin qarnına ehmalca sıxın:
- Körpənizi "kolik vəziyyətində" saxlayın (üzü üstə, qolunuz və ya biləyinizlə dəstək verərək körpənizin qarnını sıxın);
- Körpənizi çiyniniz və ya diziniz üstə saxlayın.
- Körpənizin ayaqlarını velosiped sürürmüş kimi hərəkət etdirin;
- Hər hansı bir ərzağın körpənizi narahat edib-etmədiyini müəyyən etmək üçün yediyiniz yeməkləri qeyd edin (4-6 saat çəkə bilər);
- Əmizdirmə məsləhətçisi ilə danışın. O sizə "ön" və "arxa" süd balansını qorumaq üçün hər əmizdirmədə yalnız bir döşü verməyi və ya başqa üsulları təklif edə bilər;
Siz bir az ara verin, istirahət edin, qoyun başqa birisi sizə kömək etsin. Körpəniz sizin gərginliyinizi hiss edə bilər.
Müəllif: Vergie Hughes (RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi,
"Lactation Education Resources" proqram direktorudur.
Tərcümə edən: Həmidə AğaHüseynova,
Əmizdirən ana,
"VİBaby" layihəsinin üzvü.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1069   Tarix: 24 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gozel gorunmek qadın geyimi makiyaj instagram yuxuyozmalar metbex qlazok dirnaqlar ucun maska kosmetika veten haqqinda bayatilar pehriz vətən haqqında atalar sözləri maraqlı olumu