Analgin, spazmalqon, parasetamol - Ağrıkəcisi dərmanların ölümcül təsiri

Analgin, spazmalqon, parasetamol - Ağrıkəcisi dərmanların ölümcül təsiriHər bir insan həyatda ağrı ilə üzləşir: baş ağrısı, diş ağrısı, əzələ ağrısı, yanıq və ya travma nəticəsində olan ağrı və s.
Əgər ağrı xroniki (daim) xarakter alıbsa, mütləq həkimə müraciət edin. Belə ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin simptomu ola bilər. Lakin adətən əksər insanlar xroniki yox, kəskin ağrılarla üzləşir.
Ağrı ilə mübarizədə xüsusi dərmanlar - analgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir.
Milli.Az xəbər verir ki, bəzi analgetiklər isə birbaşa beyinə təsir edərək beyinin qalan orqanizmlə əlaqəni "kəsir" ki, impulslar ağrıyan yerdən beyinə çatmır. Belə preparatlar adətən cərrahiyyə əməliyyatları zamanı, güclü ağrı şoku zamanı, güclü xroniki ağrılar zamanı (məsələn, xərçəng xəstələrində) istifadə olunur. Bu narkotik prepartlardır. Tərkibində morfin, fentanil, promedon və s. bu kimi maddələr olan preparatlar narkotik analgetiklər sayılır. Bu preparatlar alışqanlıq yaradır, böyük dozalarda və daim istifadə etdikdə orqanizmə böyük zərər verir, hətta ölümə səbəb ola bilər. Məhz bu səbəbdən tibbdə bu kimi preparatlar yalnız o hallarda istifadə olunur ki, onlarsız keçinmək mümkün deyil (cərrahiyyə əməliyyatları, ağır travmalar zamanı, ağır xərçəng xəstələrində).
Hamıya tanış olan analgin, aspirin, parasetamol, ibuprofen kimi analgetiklər narkotik analgetiklər deyil. Onlar alışqanlıq yaratmır və nisbi təhlükəsiz sayılır. Lakin bu preparatlardan da süi-istifadə etmək olmaz. Əgər ağrı dözümlüdürsə, ağrıkəsici preparat qəbul etməyin, bir qədər gözləyin, ağrı özü-özündən keçə bilər.
Həkimlərin müşahidələrinə görə, qadınlar kişilərlə müqayisədə analgetiklərdən daha tez-tez hallarda süi-istifadə edir. Bu preparatlardan süi-istifadə edən insanın immun sistemi zəifləyir, qanın tərkibi pisləşir, qara ciyər, böyrəklər, mədə-bağırsaq sistemində ciddi pozulmalar yaranır.
İnsanların əksəriyyəti bu kimi preparatları müxtəlif səbəblərə görə yaranan baş ağrıları zamanı istifadə edir. Sağlam insanda baş ağrıların səbəbi yorğunluq, yuxusuzluq, stres, bəzən aclıq və s. ola bilər. Bu halda sadəcə bir qədər dincəlmək, uzanmaq, yatmaq lazımdır ki, baş ağrısı keçsin.
Bəzən baş ağrısı güclü olur, insana əzab verir və ondan yalnız dərmanın köməyi ilə azad olmaq mümkündür. Bu halda ağrıkəsici dərman qəbul etmək olar. Lakin belə hallar tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət edin. Tez-tez təkrarlanan güclü baş ağrıları müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər (məsələn, beyinin bədxassəli şişlərin).
Analgetiklərdən süi-istifadə çox pis nəticələnə bilər. Amerikalı alimlər sübut ediblər ki, baş ağrısı zamanı tez-tez istifadə olunan analgetiklər yeni və daha güclü baş ağrıları tutmalarına səbəb olur.
Aspirin ən təsirli və etibarlı analgetiklərdən biri sayılır. Lakin bu preparat bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (məsələn, mədə xorası) və astma xəstəliyi zamanı, hamilə qadınlar və uşaqlar üçün əks-göstərişdir.
Analgin, parasetamol və ibuprofen kimi analgetiklər də baş, diş, qulaq ağrıları zamanı yaxşı kömək edir. Diş ağrısı zamanı həbi dişin üzərinə qoymayın, bu kömək etməyəcək və damağın iltihabına səbəb ola bilər.
Kəskin spazm xarakterli ağrılar zamanı analgetiklərdən yox, spazmolitiklərdən istifadə edin (məsələn, no-şpa). Qarın ağrıları zamanı analgetiklərdən istifadə etməyin. Bu təhlükəli ola bilər.
Yadınızda saxlayın ki, analgetiklər müalicəvi təsir etmir, onları yalnız ilk tibbi yardım vasitəsi kimi istifadə etmək olar. Bu preparatlar ağrının səbəbini aradan qaldırmır, yalnız insanın vəziyyətini yüngülləşdirir.
Ağrıkəsici preparatları qəbul etdikdə çalışın dərmanın ən minimal dozası ilə kifayətlənəsiniz. Beləki, əvvəl həbin 1/2 hissəsini qəbul edin. Bir çox hallarda bu doza lazım olan effekt verir. Əgər ağrı keçməzsə, qalan 1/2 hissəsini qəbul edə bilərsiniz.
Mütəxəssislər ağrıkəsici preparatları həftədə 1-2 dəfədən artıq qəbul etmək qəti şəkildə məsləhət görmürlər. Əgər siz bu preparatları daha tez-tez istifadə etməyə məcbursunuzsa, bu anormal sayılır və siz mütləq həkimə müraciət etməlisiniz. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1405   Tarix: 07 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari geyim seçimi toyuq buglamasi süni doğuş sarimsaqin xeyri badimcan tursusu hazirlanmasi kosmetika şebnem tovuzlu arıqla babasil burclerin uygunlugu novruz hakistasi