"Anamı tapanda o, artıq yox idi" - Mehriban Ələkbərzadə - VİDEO
"ARB TV"nin "Ömrün fəsilləri" verilişinin qonağı əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olub.
Axşam.az-ın məlumatına görə, rejissor ailəsindən bəhs edərkən göz yaşlarını saxlaya bilməyib:
"Atamla dost olmuşuq, münasibətimiz çox gözəl idi. Anaya deyilməli şeyləri, ataya deyirdim. Hətta ilk sevgimə qədər atama danışmışam. Anam daha çox oğlunu istəyirdi. Qardaşım məndən 2 yaş böyük idi. Anam mahiyyət etibarilə özünü onda tapmışdı. Orta məktəbə gedəndə daha çox sığal mənə olunmalı idi, mənim hazırlaşmama kömək edilməliydi, amma ona daha çox olunurdu. Mən qalırdım bir tərəfdə. Onu orta məktəbdən gətirib əynini dəyişdirirdi və musiqi məktəbinə aparırdı. Mən yenə qıraqda qalırdım. Mənə daha çox atam diqqət göstərirdi. Atam da işdən mənə görə tez gəlirdi.
Heç o zaman bu münasiblərin fərqində deyildim. Müəyyən zaman sonra atamla dostluq münasibətlərim dayanmağa başladı. Anamı içimdə tapanda artıq o, yox idi. Bu gün daha çox anama ehtiyac duyuram. Anam xəstə yatdı. Xəstə yatanda başa düşdüm ki, mən ona lazımam, o sevgi lazımlıqdan doğdu. Allah imkan verdi ki, onun sevgisini gördüm. Bir stimul var ki, o dünyada valideynlərinlə görüşəcəksən. Bu dünyanın ən böyük ayrılığını yaşayırsan. İnanıram ki, onları mütləq görəcəm".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir