Andızın faydaları

Andızın faydalarıAndız otu(Lat. İnula) dərman bitkiləri siyahısında olan bitkilərdəndir. Andız qədim zamanlardan istifadə edilən bitkilər siyahısına daxildir. Qədim zamanlarda bilicilər bu bitkini bütün dərdlərin dərmanı hesab edirdirlər. O zamanlar hətta əskərlər özləri ilə qurumuş andız otu gəzdirirlərmiş. Əsgərlər andızı yaralarına tökmək üçün istifadə edirlərmiş. Bu yarananın sağalmasına və xəstə əsgərlərin yenidən həyata dönməsinə səbəb olurmuş.
Andız Astrakimilər fəsiləsinə aiddir. Onun boyu 2 metr hündürlüyə qədər yüksələ bilir. Onun yoğun kökü və çoxlu sayda yan kökcükləri olur. Andızın çiçəkləri tünd sarı rəngdə olub, çətirə bənzəyir. Bu bitki həm istiyə, həm də soyuğa davamlıdır. Onun çiçəklərinin qurusu və təzəsi eyni təsirə malikdir. Müalicə məqsədilə andız kökünün təzə çıxmış yarpaqlarından da istifadə edilir.
İstifadə etmək üçün andız yarpaqlarını isti havalarda, kölgəlik yerdə qurutmaq lazımdır. Andız kökünü isə çıxardıqdan sonra soyuq su ilə yuyub, sonra qurudub istifadə edirlər. Andiz bitkisini artıqmaq istədikdə onun toxumlarını torpağa əkdikdən sonra mierallarla qidalandırmaq lazımdır. Onun toxumlarını dibçəkdə cücərdib sonra torpağa şitil yolu ilə də artırırlar.
Andız otunun faydalı xüsusiyyətləri
Müalicə məqsədinə andız otunun yarpaqlarından,çiçəklərindən və kökündən istifadə edilir. Andızın tərkibi E, C, B vitaminləri, orqanik turşular, piqment, saponin, kamedi, gelenin, alkoloid, inulin, selik,psevdoinulin, efir yağları,alantol, kamfara və s. ilə zəngindir.
Andız bəlğəmgətirici, bağırsaqda turşuluğun miqdarının azaldıcı, maddələr mübadiləsini yaxşılaşdırıcı, ödqovucu, sidikqovucu, antimikrob və iltihab əleyhinə təsir göstərir.
Andız dəmləməsini xroniki və kəskin bronxitdə, enterekolitdə, diareyada, kolitlər zamanı, xroniki və kəskin faringitdə, qinqvitdə, traxeitdə, gec sağalan yaralarda, parodotozda istifadə edilir.
Müalicə məqsədilə andız yarpaqlarının dəmləməsindən istifadə edlir. Xırdalanmış andız yarpaqlarının üzərinı qaynar su tökülür və su hamamında yarım saat dəmlənir. Dəmləmə isti halda yeməyə 15-20 dəqiqə qalmış içilir. Bu məqsədlə 2 xörək qaşığı xırdalanmış andızdan və 500 ml qaynar sudan istifadə edilir. Dəmləmə gündə 4-6 dəfə, hər dəfə ¼ stəkan içilməliir. Andızın təzə kök və kökcüklərindən esensiya da hazırlanır. Bu esensiyadan homeopatiyalarda geniş istifadə edilir. Esensiya orqanizmə antiseptik, iltihab əleyhinə və kapillyarlrı möhkəmləndirmək təsirinə malikdir. Andız dəmləməsi mədənin selikl qişasının zədələnmələri zamanı da geniş istifadə edilir. Onun yarpaqları kəsiklərin və yaraların tez bir zamanda sağalmasına səbəb olur. Andız iştahanı artırır, maddələr mübadiləsini stimullaşdırır, patoloji qadın xəstəlikləri zamanı, sakitləşdirici, qurd əleyhinə təsirə malikdir. Andız kökü dəmləməsindən hamilə qalmaq istəyənlər də istifadə edirlər.
Andızın təhlükəli və zərərli xüsusiyyətləri
Tərkibində andız olan dəmləmədən hamilələrin içməsi məsləhət görülmür. Böyrək və ürək-damar xəstəlikləri zamanı andız dəmləməsi içmək məsləhət deyil. Bu bitkinin dəmləməsindən həddindən çox içdikdə mədə ağrılarına, ürəkbulanmaya, bəzi hallarda isə allergiyaya səbəb ola bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2467   Tarix: 17 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

hamiləlik həkim məsləhəti gözəllik məhsulları merlin monro uşaqlar və tərbiyə efirde soyunan aparici autizm xesteliyi kosmetika xeyanet burclerin uygunlugu ariqlamaq rus dilin nece orenek veten