Apqar şkalası - körpənin ilk qiyməti

Apqar şkalası - körpənin ilk qiymətiUşaq dünyaya gəldikdən dərhal sonra onun vəziyyəti 0-dan 10-a kimi xüsusi Apqar şkalası üzrə qiymətləndirilir.
Bu şkala keçən əsrin 50-ci illərində mamalıqda fəaliyyət göstərən amerikalı professor anestezioloq Virginiya Apqar tərəfindən tətbiq edilmişdir. Bu metodun əsas məqsədi reanimasiya tədbirlərinə ehtiyacı olan körpələrin tez aşkar edilməsidir. İndiyə kimi bu metod bütün ölkələrdə istifadə olunur və yenidoğulmuşun vəziyyətinin ilkin qiymətləndirilməsi üçün ən sadə və etibarlı metod sayılır.
Apqar şklalası üzrə yenidoğulmuşun hər bir əsas göstəricisi ballarla (0-dan 2-yə kimi) qiymətləndirilir. 2 bal (ən yüksək qiymət) - göstərici yaxşı ifadə olunub, 1 bal - göstərici orta səviyyədə ifadə olunub, 0 - göstərici ifadə olunmayıb. Uşağın vəziyyəti doğulduqdan sonra 1-ci və 5-ci dəqiqələrində qiymətləndirilir, bu səbəbdən 2 qiymət göstərilir - məsələn, 8/9.
Yenidoğulmuşun vəziyyəti bu kimi göstəricilər üzrə qiymətləndirilir:
- Ürəyin fəaliyyəti
Yenidoğulmuşun ürəyi dəqiqədə 130-140 vurğu tezliyi ilə vurur. Bu səbəbdən yenidoğulmuşun nəbzi 100 vurğudan yuxarı olduqda 2 bal verilir. Əgər uşaq bətndaxili dövründə və ya doğuş zamanı oksigenin çatışmazlığından əziyyət çəkirdisə, onun nəbzi yavaşımış olur. Nəbz 100-dən aşağı olduqda, uşağa 1 bal, nəbz təyin olunmadıqda - 0 ball verilir.
- Nəfəsalmanın tezliyi
Yenidoğulmuş uşaq 1 dəqiqədə 40-45 nəfəsalma hərəkəti edir. Belə uşaqlar doğulan kimi bərkdən qışqırır. Bu halda uşağa 2 bal verilir.
Bəzən yenidoğulmuş uşaq güclü qışqırmır, sankı inildəyir. Belə uşağın nəfəsalması göstəricisi daha aşağı olur. Bu zaman uşağın vəziyyəti 1 balla qiymətləndirilir.  Yenidoğulmuş qışqırmırsa və nəfəs almırsa, ona 1 bal verilir.
- Əzələ tonusu
Normada bütün yenidoğulmuşların əzələ tonusu artmış olur. Uşağın qolları və ayaqları bükülü vəziyyətdə, əlləri yığılı olur, başı sinəsinə tərəf əyilir. Yenidoğulmuş həddən artıq çox hərəkət edir. Bu halda körpə 2 bal alır.
Əgər yenidoğulmuşun qolları və ayaqları az bükülüdür, hərəkətləri isə tək-tək və astadırsa, bu 1 ball kimi qiymətləndirilir.
Fəal hərəkətlərin olmaması və zəif əzələ tonusu olan yenidoğulmuş 0 bal alır.
- Reflekslər
Yenidoğulmuş əsas şərtsiz reflekslərlə doğulur. Bu reflekslərin olması yenidoğulmuş üçün həyati vacibdir və onların olmaması uşağın həlak olmasına səbəb ola bilər.
İlk qışqırıq, ilk nəfəsalma hərəkəti əsas reflekslərdən biridir. Əmmə və udma reflekslərin köməyi ilə uşaq özünü qida ilə təmin edir. Bundan əlavə uşağın sürünmə və mexaniki yerimə refleksləri də var. Əgər yenidoğulmuşda bütün bu əsas reflekslər tam şəkildə varsa, uşaq 2 bal alır.
Bəzən uşaqda bu reflekslər var, lakin onlar zəifdir. Bu halda körpəyə 1 ball verilir.
Reflekslərin olmaması - 0 bal.
- Dərinin rəngi
Yenidoğulmuşun dərisi açıq çəhrayıdan parlaq çəhrayı rənginə kimi olduqda, bu 2 ball kimi qiymətləndirilir.
Uşağın dərisinin rəngi bir qədər göyərmişdirsə, körpəyə 1 bal verilir.
Körpənin bütün dərisi solğun və ya göy rəngdədirsə, bu 0 ball kimi qiymətləndirilir.
Uşağın bütün əsas göstəricilərinə görə qiymətlər verildikdən sonra ballar toplanılır və uşağın doğulduqdan sonra 1-ci və 5-ci dəqiqələrində olan vəziyyəti 1 balla qiymətləndirilir. Nəticədə 2 qiymət alınır, məsələn, 3/5.
10-7 bal - normal göstəricidir
5-6 bal - yüngül pozulmalar
3-4 bal - orta pozulmalar
0-2 - ciddi pozulmalar.
Normal qiymət alan uşaqlara doğum evində adi baxım tələb olunur, yüngül pozulmalar zamanı müəyyən tibbi kömək lazım ola bilər, orta və xüsusilə də aşağı qiymət alan uşaqlara təcili tibbi yardım (bəzi hallarda reanimasiya şəraitində) tələb olunur.
Apqar şkalası üzrə qoyulan qiymət nisbi göstəricidir və uşağın həyatının ilk anlarına aiddir. Aşağı qiymət alan uşağın vəziyyəti tez bir zamanda yaxşılaşa bilər. Bu səbəbdən uşağınıza Apqar şkalası üzrə aşağı qiymət qoyulubsa, panikaya düşməyin. Bu onun gələcək sağlamlığını, əqli inkişafını və s. heç də müəyyən etmir. Sadəcə belə uşağa qarşı daha diqqətli olmaq, lazım olan müalicə etmək lazımdır. Bir çox hallarda az bir müddət keçdikdən sonra belə uşaq öz həmyaşıdlarından fərqlənmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1027   Tarix: 30 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az