Apreldə yeni dalğa gözlənilir
Koronavirus xəstəliyində yeni dalğanın baharın ortalarında, aprel ayında baş verməsi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə infeksionist Yevgeni Timakov söyləyib.
Onun sözlərinə görə, cəmiyyət vaxtından əvvəl maskadan və məhdudiyyətlərdən imtina edərsə, infeksiyalar kütləvi ola bilər.
"İstənilən halda növbəti dalğa olacaq. Ancaq sual budur ki, bu, kiçik olacaq, ya hiss etmədən keçəcəyik, yoxsa kütləvi xəstəliyə tutulacağıq. Tezliklə yaz aylarında kəskin respirator xəstəliklər yayılmağa başlayacaq, hətta kiçik virus dozası da insanların yoluxması üçün kifayət edəcək", - Timakov RİA "Novosti"yə verdiyi müsahibədə bildirib.
Həkim əlavə edib ki, qışın sonunda immunitet zəifləyir. Vitamin və günəş çatışmazlığı, sosial məhdudiyyətlər və iqtisadi vəziyyətin səbəb olduğu depressiya immuniteti daha da zəiflədir.
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir