"Aramızda olan intim məsələ..." - Afaq Aslan Bakıya gələn sevgilisi Lotu Quli ilə GÖRÜŞDÜ?

"Aramızda olan intim məsələ..." - Afaq Aslan Bakıya gələn sevgilisi Lotu Quli ilə GÖRÜŞDÜ?Xəbər verdiyimiz kimi, məşhur kriminal avtoritet və müğənni Afaq Aslanın sevgilisi olduğu iddia edilən Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib.

Afaq Aslan publika.az-a qısa müsahibəsində sevgilisi haqqında danışıb.

- Necəsiniz? İşləriniz necə gedir?

- Yaxşıyam, şükür Allaha işlərim də qaydasındadır. Ramazan ayından sonra yeni layihələrimi təqdim edəcəyəm.

- Sirr deyilsə, hansı yeniliklər olacaq?

- Yeni lirik bir mahnı üzərində çalışıram, həmçinin maraqlı fotosessiyalar olacaq.

- Ənənənizə sadiq qalaraq bu dəfə də hər kəsi təəccübləndirəcəksiniz?

- 100 faiz! Bu dəfə insanları elə təəccübləndirəcəm ki, uzun müddət unudulmayacaq. Möhtəşəm fotolar olacaq.

- Mahnı seçimində əsas nəyə diqqət edirsiniz?

- Mahnının effektli alınması üçün musiqi də, sözlər də önəmli faktordur. Çalışıram ki, ilk notlardan mahnı həm məni, həm də dinləyicini özünə çəksin. Mahnı məni özünə çəkməyəndə, oxuya bilmirəm.

- Yayı tətilini harada keçirməyi planlaşdırırsınız?

- Çox güman ki, Antalya və ya Bodruma yollanacam.

- Tək istirahət edəcəksiniz, yoxsa sevdiyiniz insanla?

- Yəqin ki, sevdiyim insana birlikdə.

- Sevgiliniz olduğu deyilən Lotu Qulinin Bakıda olduğu iddia edilir. Artıq görüşmüşünüz?

- Görüşlər iki insan arasında olan intim məsələdir və bu barədə danışmaq istəmirəm.

- Lotu Quli ilə sizin sevgili olduğunuz haqqında saytlarda çoxlu xəbərlər gedib. Siz isə israrla bunu gizli saxlamağa çalışırsınız. Sevgilinizin kimliyini gizli saxlamaqda məqsəd və ya səbəb nədir? O, buna etiraz edir?

- Yox, sadəcə şəxsi həyatımı gündəmə gətirmək istəmirəm.

- Amma şəxsi həyatınız bu və ya digər şəkildə gündəmə gəlir. Çıxan xəbərlər və insanların haqqınızda danışması əhvalınıza təsir göstərir?

- Sənətə yeni başladığım vaxtlarda əhvalıma təsir edirdi, narahat olurdum ki, niyə mənim barəmdə bu cür xəbərlər yayılır. Amma artıq alışmışam, başa düşürəm ki, diqqət mərkəzindəsənsə və ictimai insansansa, haqqında hər şey yaza bilərlər və bütün bunlara hazırlıqlı olmalısan. Nəticə etibarilə insanların səndən danışması normaldır.

- Türkiyəyə köçüb orada yaşamaq qərarınız nə oldu? Fikriniz qətiləşdi?

- Hələ ki, planda var. Hər şey Allahın əlindədir, qismət...

- Münasibətdə olduğunuz şəxsin adını açıqlamasanız da, ona qarşı olan hisslərinizi hər fürsətdə dilə gətirirsiniz. Bəs ailə qurmağı düşünürsünüz?

- Ailə qurmaqla bağlı heç bir planım yoxdur, karyeramla məşğulam. Ümumiyyətlə, ailə qurmaq arzusunda deyiləm.

- Bəs Afaq Aslan bu gün özünə nə arzulayır, həyatdan nə istəyir.

- Sevdiyim insanların yanımda olması mənim üçün ən böyük mükafatdır. Əsas odur ki, canları sağlam olsun və Allah məni doğmalarımla sınağa çəkməsin.

- Gələcəkdə həyatınızdakı şəxslə ailə qursanız, onda da kimliyini gizli saxlayacaqsınız?

- Yəqin ki, onda sirr saxlamaram.

Xəbərlər     Baxılıb: 3122   Tarix: 04 iyun 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qadin sayti yemek reseptleri geyim seçimi badimcandan qisa hazirliq menstruasiya xəstəliklər qadın orqanizmi kosmetika gozde olar novruz sevda dovsan usaq geyimleri